• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” ilə “Nike” arasındakı bağlar qırılmağa yaxındı

Aktual

17-03-2024, 12:0

“Barselona” ilə “Nike” arasındakı tərəfdaşlığın uzun tarixi var: Amerika brendinin məşhur loqotipi 1998-ci ildən bəri Kataloniya klubunun futbolkasında yer alır.

"Football-plus.az" xəbər verir ki, əksər futbol azarkeşləri “Barsa”nın formasında başqa bir şey təsəvvür etməkdə çətinlik çəkərdi. Lakin Kataloniya klubu məhz indi alternativ variantları, o cümlədən öz köynəklərini istehsal etmək imkanını gözdən keçirir. Yekun qərarın bu ayın sonuna qədər verilməsi gözlənilir. Sponsorun kimliyindən asılı olmayaraq, “Barselona” dünyanın ən populyar klublarından biri kimi qalır. Elə ölkəmizdə də kiçik bir sosioloji sorğu keçirsək, bunu görə bilərik.

“Barselona” ilə “Nike” hazırda qüvvədə olan 10 illik müqaviləyə 2016-cı ildə imza atıb. Müqavilə dəyərinin illik 105 milyon avro sabit ödənişdən ibarət olduğu və 50 milyon avroya qədər potensial əlavə bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir. Lakin son həftələrdə Kataloniya mediası illik ödəniş rəqəminin 85 milyon avro olduğunu yazır.

“The Athletic”ə adının açıqlanması şərti ilə danışan “Barsa”dakı qaynaq iddia edir ki, klub bu sənayedə çalışan başqa brendlərlə ən yaxşı xidmətlər paketi tapmaq ümidi ilə ünsiyyət qurub. Klubdakı qaynağın dediyinə görə, “Barselona” ilə “Nike” arasındakı münasibətlərdə son bir ildə arzuolunmaz məqamlar yaşanıb. Klubda belə fikir formalaşıb ki, “Nike” sonuncu sövdələşmə zamanı razılaşdırılan bütün standartları yerinə yetirmir. Klub rəhbərliyində təmsil olunan yüksək vəzifəli adamlar bildirir ki, son iki ildə təchizatla bağlı müəyyən problemlər olub. 2020-ci ildə də klub “Nike”dan aldığı bəzi məhsulların keyfiyyəti ilə bağlı şikayət etmişdi. Onda “The Athletic” məsələni aydınlaşdırmaq üçün Amerika şirkətinə müraciət etsə də, imtina cavabı almışdı.
Hazırda klub bir neçə ssenarini nəzərdən keçirir. Variantlardan biri “Nike” ilə yeni sövdələşmə ilə bağlı danışıqlara başlamaq cəhdindən ibarətdisə, müqaviləni vaxtından əvvəl dayandırmaq və başqa təchizatçılarla yeni müqavilə bağlamaq tərəfdarları da var. Hələ ki “blauqrana”nın “Nike” ilə müqaviləni vaxtından əvvəl pozmağı necə bacaracağı və buna görə hansı məbləğdə cərimə ödəyəcəyi tam aydın deyil. Amma “Barsa” rəhbərliyi müstəqil fəaliyyət göstərməyin, ümumiyyətlə, heç bir şirkətlə rəsmi geyim təchizatçısı kimi müqavilə bağlamamağın mümkünlüyü variantına da isti yanaşır.

“Barsa”nın prezidenti Xuan Laporta ötən ay Kataloniyanın RAC1 radiostansiyasına belə demişdi:

“Nike” ilə qalmaq variantlardan biridi. İkinci variant bir başqa brendin təklifini qəbul etməkdi, belədə indiki maliyyə göstəricilərimiz ikiqat artacaq. Və üçüncü variant da var: klub daxilindəki BLM bölməsi vasitəsi ilə geyim dəstimizi özümüz istehsal edirik. Üçüncü variantı gözardı etmirik, ancaq iki başqa variant müəyyən mənada daha təhlükəsizdi”.
“Barselona”nın “Nike” şirkətinə alternativ kimi gözdən keçirdiyi brendlərdən biri Almaniyanın “Puma” şirkətidi. “The Athletic” iddia edir ki, geyim sənayesində başverənlərdən yaxşı xəbərdar olan məlumatlı mənbələr prezidentin istənilən potensial təklifin “Nike”ın hazırda “Barsa”ya ödədiyindən ikiqat artıq olacağı ilə bağlı fikirlərinə şübhə ilə yanaşır. Elə həmin mənbələr onu da güman edirlər ki, kataloniyalıların indiki müqavilə şərtlərinə yenidən baxılmasını və ya bunların yaxşılaşdırılmasını tələb etməklə bağlı heç bir səlahiyyəti yoxdu. Bir halda ki klubun statusu idman planında müqavilənin imzalandığı 2016-cı illə müqayisədə daha aşağıdı.

Belə görünür ki, “Barselona”nın idarə heyətində rəsmi geyum təchizatçısı ilə bağlı fikirlər haçalanıb. Xuan Laporta özü “Nike” ilə müqavilənin pozulmasında, klubun özünə forma istehsal etməsində daha çox maraqlı olanların sırasındadı. Ən azı növbəti mövsüm belə olmasını istəyirlər. Axı 1899-cu il noyabrın 29-da yaranan Kataloniya klubu bu il 125 illiyini qeyd edəcək.

Bəzi başqa yüksək rütbəli şəxslər “Nike” ilə sövdələşməyə sona kimi sadiq qalmağın tərəfdarıdı. Belələrinin fikrincə, müstəqil fəaliyyət göstərmək klubun ən müxtəlif risklərlə üz-üzə qalması deməkdi. Eləcə də müqaviləni vaxtından əvvəl pozmaq potensial hüquqi mübahisələr, cərimələr deməkdi.
Kataloniya superklubunun idarə heyətində təmsil olunanlardan biri “heç nəyə qərar verilməyib” deyir və bunları əlavə edir: “Yalnız onu deyə bilərəm ki, hansısa ciddi riskə getməyəcəyik. Yetərincə öyrənilməyən və təhlil olunmayan heç bir öhdəliyi boynumuza götürən deyilik”.

Hazırda fəaliyyətdə olan müqavilənin şərtlərinə görə, “Nike” “Barselona”ya klubla bağlı müxtəlif idman avadanlıqlarının və geyim dəstinin istehsalı hüququna görə illik pul ödəyir və satışdan əldə olunan bütün gəlir Amerika şirkətində qalır.

Bununla belə, Laportanın radioya müsahibəsində adını çəkdiyi BLM strukturu vasitəsi ilə də “Barselona” məhsulların bir hissəsini satır. BLM klubun son illik büdcəsində 4-cü ən böyük gəlir mənbəyi idi. Bölmə 2022/23 mövsümündə 100 milyon avrodan çox gəlir əldə edib. Beləliklə, “Barsa” “Nike” ilə müqaviləni pozarsa, 2018-ci ildə yaradılan BLM şirkəti vəziyyətə müdaxilə edəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-01-2024, 21:0

“Barselona” “Nike” ilə əməkdaşlıqdan bezib

Dünya futbolu

30-09-2022, 15:0

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

Dünya futbolu

24-08-2022, 13:0

“Barselona”nın üçüncü dəst forması da təqdim edildi

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Dünya futbolu

29-08-2022, 17:0

"Mançester Yunayted" "Barselona"ya bu təklifi etdi

Aktual
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
Son xəbərlər
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 131
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə