Anxel Di Mariya arzuolunmaz vəziyyətə düşüb.
“Benfika”nın yarımmüdafiəçisi ölümlə hədələnib.
“Daily Mail” qəzetinin məlumatına görə, argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar. Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pulyaro belə onun təhlükəsizliyinə zəmanət verə bilməyəcək. Məlumatda o da qeyd olunur ki, mesajın müəllifləri Pulyaro ilə düşmənçilik edən və Di Mariyanı bu məsələyə cəlb etməklə maksimum dərəcədə əks-səda yaradacağına inanan narkotik alverçiləri ola bilər.
Yeri gəlmişkən, Di Mariya daha əvvəl karyerasını yetirməsi olduğu “Rosario Sentral”da başa vurmaq istəyini dilə gətirmişdi.