Mahir irqçiliyə qarşı kampaniyaya dəstək verdi

28.03.2024 10:30 203
Dünya futbolu
Zaqreb “Dinamo”sunun futbolçuları EFDN (İnkişaf Naminə Avropa Şəbəkəsi) təşkilatının həyata keçirdiyi “İrqçiliyə qırmızı vərəqə göstər” beynəlxalq kampaniyasına dəstək veriblər.

"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də kampaniyaya qoşulub.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevralından "Dinamo"da çıxış edir. O, bu mövsüm 22 matçda 5 qol vurub, eyni sayda qolun ötürməsini verib.