• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mirbağır İsayev: “Bu gün uşaq futbolunun problemi uşaqlarda yox, məşqçilərdədi” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

24-03-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Mirbağır İsayev ad-soyadı hər bir azərbaycanlı futbolsevərə tanışdı. Martın 13-də 50 yaşını tamamlayan futbol veteranını AFFA ilə yanaşı klublarımız da təbrik etdi, ona xatirə hədiyyələri təqdim olundu. İsayev hazırda “Səbail” Peşəkar Futbol Klubunda çalışır, klubun futbol akademiyasının əlaqələndiricisidi. Biz də onunla söhbətdə “Səbail”in futbol akademiyasının fəaliyyətinə toxunmağı lazım bildik, uşaq futbolu ilə bağlı danışdıq.

- Mirbağır bəy, əvvəlcə sizi 50 illik yubileyiniz münasibətiylə bir qədər gec də olsa, təbrik edirik. Futbolsevərlərə yetərincə tanış futbol adamısız. Bu gün də “Səbail”in uşaq futbol akademiyasının əlaqələndiricisi kimi çalışırsız. İstərdik ki, ilk sualımızda bu barədə danışaq. Akademiyada işlər necə qurulub?
- Təbrikə görə minnətdaram. O ki qaldı akademiyamızın fəaliyyətinə və strategiyamıza, əsas məqsədimiz istedadlı uşaqları üzə çıxarmaqdı. İstedadı ilə fərqlənən azyaşlı futbolçuları nisbətən böyük yaş qrupunda olan uşaqlarla oynadırıq. Burda söhbət böyük yaş fərqindən getmir, təxminən 1-2 yaş böyükləri nəzərdə tuturam. Həmin uşaqları nəzarətdə saxlayırıq. Strategiyamızın əsas prinsiplərindən biri də budu ki, U-19 komandamızdan savayı heç bir uşaq komandasından nəticə tələb etməyək. Bizim işimizin əsas məqsədi potensialı olan uşaqları aşkar etmək, onları yaxşı futbolçu kimi yetişdirməkdi. Biz onların təkcə futbolu ilə məşğul olmuruq. Həmin uşaqları həm də təhsilə cəlb edirik. Regionlarda yaşayan istedadlı uşaqları akademiyamıza cəlb edərkən onların təhsil və yaşayış qayğılarını da üzərimizə götürürük. Eyni zamanda da bölgələrdən gələnləri, yaşamaq üçün yerə ehtiyacı olanları valideynlərinin də iştirakıyla yaşayış yeri ilə təmin edirik. Bütün bu qayğıları həll etdikdən sonra onlara futbolun sirlərini öyrətməyə başlayırıq, çalışırıq ki, həmin uşağın istedadının açılmasına kömək edək.

Mirbağır İsayev: “Bu gün uşaq futbolunun problemi uşaqlarda yox, məşqçilərdədi”


- Aşağı yaş qrupları üzrə komandalarınız harda məşq edir?
- U-15, U-16, U-17 və U-19 komandalarımız, yəni 4 yaş qrupu üzrə komanda “ASCO Arena”da məşq edir. Əsas komandanın meydançasında. 14 yaşlılardan aşağı komandalarımız isə “Rəvan”ın Qaraçuxurda yerləşən bazasında məskunlaşıblar, məşqləri orda keçirlər. Sadəcə, bir məqamı qeyd edim ki, U-9 və U-10 komandamız da “ASCO Arena”da məşq edir. Çünki orda olan uşaqların çoxu Qobu şəhərciyindəndi. Yolun uzaqlığını nəzərə almışıq, istəmirik ki, uşaqlar yolda çox vaxt itirsinlər. Ona görə də həmin komandaların da məşqlərini “ASCO Arena”da keçməsini təmin etmişik.

- Sözsüz, akademiyaya məşqçi seçimi də vacib amildi. Maraqlıdı, “Səbail”in futbol akademiyasında məşqçi seçimləri hansı qaydada aparılır? Seleksiya xarakterli seçimlər zamanı əsasən nəyə üstünlük verilir?
- İlk növbədə onu qeyd edim ki, məşqçilərin seçimi zamanı futbolçu karyerasını bitirənlərə işə cəlb edirik. Bunun da tərəfdarı ilk gündən mən olmuşam. Karyerasını yenicə bitirən futbolçular nəzəri cəhətdən bir qədər geri qala bilərlər, amma onların bu işdə təcrübəsi var, ömürləri boyunca futbolun içində olublar. Bizdə işləyən məşqçilərin 70-80 faizi millinin sabiq üzvləri, veteran futbolçulardı. Onlar futbolla vidalaşan kimi mən əlaqə saxlayıb, akademiyamıza dəvət etmişəm. Rahid Əmirquliyevi, Elnur Abdullayevi, Elvin Məmmədovu, Hüseyn Axundovu, Eşqin Quliyevi, Elçin Sadıqovu, Ramazan Abbasovu, Eyyub Əliyevi göstərə bilərəm. Adını çəkdiklərim hamısı futbol oynamış mütəxəssislərdi. Ona görə də birinci növbədə bu məqama diqqət göstərmişəm. Akademiyadakı uşaqlar bilməlidi ki, onların məşqçiləri keçmiş futbolçulardı.



- Uşaq futbolunun spesifik xüsusiyyətləri var. Məlum məsələdi ki, uşaqlarla işləmək xüsusi bacarıq tələb edir, uşaqlara özünəməxsus yanaşma vacibdi. Siz bu haqda nə düşünürsüz?
- Suala görə minnətdaram, çox vacib məqama toxunduz. Nəzərə almaq lazımdı ki, onlar ilk növbədə futbolçu yox, uşaqdılar. Məşqçi seçimində olduğu kimi, uşaq seçimində də diqqətli olmaq lazımdı. Düzgün seleksiya aparmaq çox vacibdi. Hər kəs uşağın istedadını, onun nəyə qadir olduğunu görə bilməz. İstedad elə şeydi ki, onu uşağa Allah verir. Yəni biz nə qədər çalışsaq da, istedadı olmayana bunu verə bilmərik. Fərqi yoxdu ki, o uşaq hardan gəlib. Əvvəlcə istedadı olanı kəşf etmək lazımdı, onun xüsusiyyətlərinə bələd olmalısan. Ağıl, sürət, cəldlik kimi xüsusiyyətlər var ki, onu məşqçilər verə bilməz. Biz akademiyada o uşağın fiziki gücünü artıra bilərik, atletizmlə bağlı məşqlər keçərik. Yaş ötdükcə bu xüsusiyyətlər inkişaf edə bilər. Amma ağıl və sürət kimi xüsusiyyətlər Allahdan verilən vergilərdi. Biz də diqqət yetiririk ki, uşaq düzgün düşünüb qərar verə bilsin, bunu sürətlə həyata keçirsin. Qalan şeyləri zamanla yoluna qoymaq olar, topla rəftarı, zərbə vurmağı, ötürmə verməyi təkmilləşdirmək memkündü. Uşaq futbolunda vacib olan odu ki, uşağa məşq keçmək lazım deyil, ona öyrətmək lazımdı. Təməl düzgün qoyulmalıdı. Təməl düzgün qoyulmayanda hamımız əziyyət çəkirik, uşaq 17-19 yaşına gəlir, görürsən ki, dayaq ayağını topun yanına düzgün qoymur, yaxud da ötürməni elə verir ki, ayağını topa necə vurmağı həmin yaşda məşqçilər ona deməməlidi. Bu kimi vərdişləri təməldə qoymaq lazımdı. Buna görə də mənim fikrim belədi ki, oyun təcrübəsi çox olan mütəxəssislər təməldə işləməlidi. Çünki bu şeyləri düzgün öyrətmək üçün futbolçu kimi təcrübəyə sahib olmaq lazımdı. Ondan sonra nəzəriyyə lazımdı. Məşqçi uşaqla futbol oynamalıdı. Uşaq görməlidi, inanmalıdı ki, onun məşqçisi futbol oynamağı bacarır. Bilməlidi ki, doğurdan da onun məşqçisi futbolçu olub. Bir məşqçi öz komandasıyla futbol oynamağı bacarmırsa, o uşaqlara necə futbol öyrədəcək? Mən uşaq komandalarını nəzərdə tuturam. Hər bir işin başlanğıcında inam dayanır.

- Elə mövzunun davamı kimi soruşum. Uşaq futbolunun bugününü necə görürsüz? Hansı problemlər var və onları necə həll etməliyik?
- Mən neçə ildi bu işin içindəyəm. Təkcə klublarda yox, millilərdə də işləmişəm, İspaniya millisinə qarşı da oynamışıq. Portuqaliya, İsveçrə, Xorvatiya, Serbiya kimi istedadlı futbolçuları ilə tanınmış ölkələrə qarşı çıxış etmişik. Mən deməzdim ki, bizim uşaqlar onlardan çox geri qalır. Kim deyir ki, futbolumuzun gələcəyi yoxdu, bizim uşaqlar istedadsızdı, mən bu fikirlərlə razılaşmıram. Neçə illərdi ki, deyirəm. Azərbaycanda istedadı olan, perspektiv vəd edən uşaqlar var. Bu gün onları üzə çıxarmar, onları bölgələrdən tapmaq lazımdı. Bizim istedadlarımız təkcə Bakıyla məhdudlaşmır. Həmin uşaqları tapmalı, akademiyalara cəlb etməliyik. Onlara düzgün istiqamətdə məşq keçmək lazımdı. Bu gün bizim uşaq futbolunun problemi uşaqlarda yox, biz məşqçilərdədi.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

17-03-2024, 23:0

Avropa çempionu: “İlk yarışdaca qolum sınmışdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman / Layihə / Manşet

25-02-2024, 23:0

Gəncəli dünya çempionu musiqi məktəbindən güləş döşəyinə qədər keçdiyi yoldan danışdı – LAYİHƏ

İdman

20-06-2022, 10:0

Azərbaycan güləşçilərindən tarixi uğur

İdman

26-01-2023, 15:0

UFC çempionu Camal Hilli rinqə çağırdı

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə