• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa çempionu: “İlk yarışdaca qolum sınmışdı” - LAYİHƏ

İdman / Layihə / Manşet

17-03-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu yaxınlarda gəncəli güləş məşqçisi Vüsal Qarayevlə həmsöhbət olmuşduq. Vüsal müəllim yetirmələrindən danışarkən Camal Abbasovun adını xüsusi fəxrlə çəkmişdi. Sitat: “Ən böyük uğurumu Camal Abbasovla qazanmışam. Camal 2022-ci ildə 17 yaşlılar arasında güləş üzrə Avropa çempionu olmağı bacarıb. Bu uğurun davamını gözləyirik. Bir il sonra isə Avropa çempionu olmaqla yanaşı, dünya birinciliyində bürünc medala layiq görüldü. Abbasov cəmi 17 yaşında Azərbaycan birinciliyində kişilər arasında üçüncü yeri tutub. Camal məktəblilər arasında da dünya çempionu adını da qazanıb”.
Artıq başa düşdünüz ki, bugünkü müsahibimiz məhz Camal Abbasovdu.

Avropa çempionu: “İlk yarışdaca qolum sınmışdı”


- Camal bəy, ilk sualda ənənəmizə sadiq qalaraq səni oxucularımıza daha yaxından tanıtdırmağa çalışaq. Güləşə gəlişin necə oldu? İlk məşqçini və məşq etdiyin güləş məktəbini necə xatırlayırsan?
- Mən güləşlə 2012-ci ildən məşğul olmağa başlamışam. Özüm idmanla maraqlanırdım, amma məhz güləşə gəlməyimin səbəbkarı atam olub. Yaşadığımız yerdə, demək olar ki, hər kəs güləşlə məşğul olurdu. Elə mən də bir gün küçədə oynayarkən həmyaşıdlarımın güləşə getdiyini gördüm. İstər-istəməz bu da məndə həvəs yaratdı. Atamla danışıb, idmana getmək istədiyimi dedim. O da buna razılıq verdi, məni daha da həvəsləndirdi. Sizə də yaxşı tanış olan bacarıqlı güləş məşqçisi Vüsal Qarayevlə qonşu idik. Beləcə güləşə ilk addımlarımı Vüsal məllimin yanına gedərək atdım. Gəncə şəhərindəki 1saylı Uşaq və Gənclərin İdman Şahmat Məktəbinə gedərək idmana davam etdim.



- Güləşi sənə sevdirən nə oldu? Güləş idmanın başqa növlərindən hansı cəhətlərinə görə fərqlənir?
- Mən 6 yaşımdan güləşlə məşğul oluram. Uşaq vaxtı televizordan güləşçilərimizin uğurlarına baxaraq sevinirdim və bu məndə çox həvəs yaradırdı. Onların fəxri kürsüdə bayrağımızı dalğalandırmaları, himnimizi oxutmaları çox qürurverici idi. Arzulayırdım ki, mən də onlar kimi olum, istəyirdim ki, bayrağımızı dalğalandırım. Şükür ki, onların yolunu davam etdirirəm. Güləşə olan sevgimin ən böyük səbəbkarı da Vüsal məllimimdi. O mənə güləşi sevdirib, mənim üçün də güləş bütün başqa idman növlərindən fərqlidi.



- Karyerana da nəzər salaq. Güləşçi kimi qazandığın uğurlar hansılardı? Qarşıda hansı yarışlar, hansı hədəflər dayanır?
- İlk uğurumu Gəncə şəhərində qazanmışam. Gəncədə keçirilən turnirdə çıxış etdim və həmin yarışda bürünc medal qazandim. Həmin yarışı unutmamağımın bir səbəbi də odu ki, ilk yarışımda qolum sınmışdı. Uşaqlararası dünya məktəblilərinin oyunlarının qalibi olmuşam. Bundan başqa, yeniyetmələr arasinda iki dəfə Avropa çempionatının qalibi olmağı bacarmışam. İlk Avropa çempionluğumu 2022-ci ildə Rumuniyanın Buxarest şəhərində keçirilən yarışda qazandım, həmin vaxt 55 kq çəki dərəcəsində yarışırdım. İkinci Avropa çempionluğumu isə Albaniyanin Tirana şəhərində qazandım, 60 kq çəki dərəcəsində bütün rəqiblərimi üstələdim. Daha sonra Türkiyənin İstanbul şəhərində dünya çempionatının bürünc mükafatçısı kimi fəxri kürsüyə qalxdım. Bu il də həm böyüklər arasında Azərbaycan birinciliyində bürünc medal qazanmışam, həm də gənclər arasında Azərbaycan birinciliyinin qalibi adını qazandım. Ən böyük uğurum Avropa çempionu olmaqdı. Qarşıda olan yarışlar gənclər arasında Avropa və dünya çempionatlarıdı. İnşallah, hədəfim bu il həm Avropa, həm də dünya çempionu olmaqdı. Qarşıdakı ən böyük hədəfim isə hər bir idmançının xəyalı olan Olimpiya Oyunlarının qalibi kimi vətənə dönməkdi.



- Doğulduğun şəhərdə güləşin vəziyyəti necədi? Yeniyetmələrin və gənclərin idmanla məşğul olması, sənin fəth etdiyin zirvələrə çatması üçün uyğun şərait varmı?
- Bildiyiniz kimi, Gəncə güləş məktəbi əvvəldən güclü olub, başqalarından fərqlənib. Hazırda da bu səviyyə qorunur, uşaqların güləşə marağı gündən-günə artır, rəqabət güclənir. Toğrul Əsgərovun davamçıları yetişir, buna heç kimin şübhəsi olmasın. Mənimlə yanaşı, Gəncədə bir çox perspektivli idmançılar var. Şərait əvvəllər elə də yaxşı deyildi, ancaq indi hər cür şərait var.



- İdmançı olmaq, güləşlə məşğul olmaq sənin üçün hansı çətinlikləri yaradıb?
- İdmana peşəkar kimi yanaşmaq, təbii ki, çox ağır işdi. Yəni bu işdə rejim çox böyük rol oynayır. Peşəkar idmançı olmaq istəyirsənsə, rejimə çox böyük diqqət yetirməlisən. Rejim dedikdə təkcə yuxu rejimindən söhbət getmir ki, vaxtlı-vaxtında yatmaq lazımdı. İdmançının yeməyi, telefonla keçirdiyi vaxt, istirahət etməsi kimi vacib nüanslar var. İdmançi bir növ çöldən uzaq qalır. Ancaq idman etməli, yatib dincəlməlidi. Çətinliklərə gəlincə, mən məşq edərkən daha çox əylənirəm. Çünki bu işi böyük həvəslə görürəm. Bu da mənə çətinlik yaratmır. Düzdü, zədələrlə bağlı da müəyyən çətinliklər olur. Şükür ki, onlara da sinə gəririk, beləcə bütün çətinliklər həll olunur.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman / Layihə / Manşet

25-02-2024, 23:0

Gəncəli dünya çempionu musiqi məktəbindən güləş döşəyinə qədər keçdiyi yoldan danışdı – LAYİHƏ

İdman

20-06-2022, 10:0

Azərbaycan güləşçilərindən tarixi uğur

İdman

26-01-2023, 15:0

UFC çempionu Camal Hilli rinqə çağırdı

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman

16-12-2022, 19:0

Yeniyetmə güləşçilər arasında beynəlxalq "Təhsil" turniri start götürüb

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə