• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncəli dünya çempionu musiqi məktəbindən güləş döşəyinə qədər keçdiyi yoldan danışdı – LAYİHƏ

İdman / Layihə / Manşet

25-02-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Tez-tez arzulayırıq ki, azərbaycanlı idman mütəxəssisləri ölkə xaricində çalışsın, ölkəni sərhədlərimizdən kənarda uğurla təmsil etsinlər. Futbol məşqçiləri ilə bağlı bu arzumuz gerçəkləşməsə də, artıq azərbaycanlı güləş mütəxəssislərinə xaricdə güvən formalaşıb. Abil İbrahimov da belə idman mütəxəssislərindən biridi. Gəncə güləş məktəbinin yetirməsi olan Abil bəy bilik və bacarığını Qazaxıstanda bölüşür, təcrübəsini qardaş ölkədəki həmkarları ilə paylaşır. Onunla söhbətdə bir çox maraqlı məqama toxunduq.

Gəncəli dünya çempionu musiqi məktəbindən güləş döşəyinə qədər keçdiyi yoldan danışdı


- Abil bəy, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxuculara daha yaxından tanıtdırmağa çalışaq. Güləşə gəlişiniz necə oldu? İlk məşqçinizi və məşq etdiyiniz güləş məktəbini necə xatırlayırsız?
- Mən Gəncə şəhərində doğulmuşam. Beş yaşımda məni valideynlərim musiqi məktəbinə yazdırıblar. 10 yaşımda musiqi məktəbini əla qiymətlərlə bitirmişəm. Amma bu beş il mənim üçün çox əziyyətli keçdi. Çünki mən uşaq vaxtı xeyli fəal idim. Sakit oturmağı xoşlamıram. Siz də yaxşı bilirsiz ki, Gəncə idmançıları, o cümlədən də güləşçiləri ilə fərqlənir. Bizdə güləş məktəbi həmişə güclü olub, hər beş nəfərdən üçü güləşlə məşğul idi. Evdə, küçədə həmişə güləş söhbətləri gedirdi. Güləşçilərin yarışlarından, kimin kimə qalib gəlməsindən danışılırdı. Mən də valideynlərimdən xahiş etdim ki, məni güləş məktəbinə yazdırsınlar. Məndən 2-3 yaş böyük uşaqlar sərbəst güləşlə məşğul olurdu. Atam qonşularla danışdı, onların məşq etdiyi güləş zalına yollandım. İlk məşqçim “Şöhrət” ordenli Əməkdar məşqçi Elçin Zeynalov oldu. Buna görə Allaha şükür edirəm. Elçin müəllim Azərbaycanın güləş məşqçiləri arasında tanınmışlardan, korifey mütəxəssislərdəndi. Mənim üçün də Elçin Zeynalov sevimli müəllimdi. Yaxşı ki, məhz onun əlinə düşdüm və başladım güləşin sirlərini öyərnməyə.

- Niyə məhz güləşi seçdiz? Bu idman növünü sizə sevdirən nə oldu? Bir güləşçi kimi hansı nəticələri qazana bildiz?
- Mən 10 yaşımdan bu günə kimi döşəkdəyəm. Belə demək mümkünsə, güləş aləminin içindəyəm. Az öncə qeyd etdiyim kimi, güləşi sevməyimin səbəbi də Gəncədə bu idman növünə olan sevgi, qonşuluqda yaşayan həmyaşıdlarımın güləşlə məşğul olmasıdı. Yeniyetmələr arasında üç dəfə dünya çempionu olmuşam. Səhv etmirəmsə, dünya güləş tarixində belə nəticə yoxdu. Gənclər arasında da dünya çempionu adını qazanmışam. Böyüklər arasında iki dəfə komanda şəklində dünya kubokunun qalibi olmuşuq.



- Qazaxıstana yollanmağınız necə baş verdi? İki ölkənin güləşi arasında hansı fərqlərdən, yaxud paralellərdən danışmaq olar?
- Qazaxıstanla məni çox şey bağlayır, demək olar ki, bu ölkə mənim ikinci vətənimdi. 90-cı illərin sonlarında ailəmizlə Qazaxıstana köçmüşük. Qazaxıstan yığmasının heyətində də çıxış etmişəm. Bu yığmanın heyətində gənclər arasında dünya çempionu oldum, Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında da iştirak etdim. İki dəfə də Asiya çempionatında qızıl medal qazandım. Hazırda “Altay wrestling” klubuyla müqaviləm var, orda həm İcraiyyə Komitəsinin üzvü, həm də məşqçi məsləhətçisi kimi çalışıram. Burdakı tələbələrimlə də məşğul oluram, ona görə də Qazaxıstanda daim qala bilmirəm. İşimi əsasən məsafədən yerinə yetirirəm. Azərbaycanla Qazaxıstan güləşinin bənzərlikləri çoxdu. Düzdü, orda sistem bir az başqa cürdü, amma hər ikisi SSRİ güləş məktəbindən çıxıb. Buna görə də bənzərlikləri çoxdu.

- Artıq bir mütəxəssis kimi xeyli vaxtdı ki, bilik-bacarıqlarınızı yetirmələrinizə öyrədirsiz. Uğurlu yetirmələrinizdən kimləri qeyd edə bilərsiz? Yetirmələrinizin hansı uğurlarını oxucularla bölüşmək istərdiz?
- Güləşi başa vurandan sonra qərar verdim ki, məşqçi kimi fəaliyyətimi davam etdirim. Bu dövr ərzində Azərbaycan çempionları, müxtəlif turnirlərin mükafatçılarını yetişdirmişəm. Yetirməm Turan Bayramov yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionudu. 23 yaşlılar arasında dünya çempionu, Avropa mükafatçısı, Olimpiya Oyunlarının iştirakçısı və Azərbaycan yığmasının ən perespektivli üzvlərindən biridi Turan Bayramov. Digər vurğulamaq istədiyim tələbəm Nurəddin Bayramovdu. Sonuncu Avropa çempionatında Nurəddin bürünc mükafat qazanıb. Onun da böyük perspektivi var, Azərbaycan yığmasının ümidlərindən biridi. Əbdülrəhman İbrahimov yeniyetmələr arasında dünya çempionu və Avropa birinciliyinin mükafatçısıdı. Aşağı yaş qruplarında da gələcəyinə ümidlə baxdığım yetirmələrimiz çoxdu. İnanıram ki, onlar da bizi gələcəkdə sevindirəcəklər.



- Bəs indiki yeniyetmə və gənclərin idmana münasibəti, məşqlərə yanaşması necədi? Bu yanaşma sizi qane edirmi?
- Əvvəllər olduğu kimi, indi də Gəncə şəhərində güləşi çox sevirlər. Bu idman növünə böyük axın var. Əlbəttə, bu maraq bir məşqçi kimi mənim ürəyimcədi. Əlavə bir neçə zal açılsa, çox gözəl olar. Ümid edirəm ki, gələcəkdə bu zallarda yeni olimpiya və dünya çempionları yetişəcək.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman / Layihə / Manşet

11-02-2024, 23:0

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

18-02-2024, 23:0

“Respublika sarayında ümummilli liderimiz Heydər Əliyevə raport verdim” - LAYİHƏ

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 244
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə