Bolqarıstan millisi "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı məğlub edib - 1:0.
"Football-plus.az" xəbər verir ki, bolqarlar növbəti oyunda millimizlə üz-üzə gələcək. Rəqibin hücumçusu Aleksandr Kolev millimizi daha ciddi komanda adlandırıb:
"Azərbaycan daha ciddi komandadı. Futbolçularının yarısı "Qarabağ"da oynayır. Onların "Bayer-04"ə nələr etdiklərini gördünüz. Ümid edirəm ki, Tanzaniya yığması üzərindəki qələbə bizə daha inam verəcəyik. Yaxşı oyuna və qələbəyə ümid edirəm".
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan qarşılaşması 25 mart tarixində saat 20.00-da baş tutacaq.