• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bəzən fikirləşirəm ki, bəlkə səhv seçim etdim" - Musa Qurbanlı

Aktual / Ölkə futbolu

23-03-2024, 12:0

Millimiz "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığmasını 1:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Musa Qurbanlı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibə ciddi yanaşırdıq. Belə oyunlar həmişə ağır keçir. Rəqib bütün heyətlə müdafiə olunurdu. Belə olan halda erkən qol vurmasan, dəqiqələr keçdikcə daha da çətinləşir. Nə qədər ağır oyun olsa da, qələbə qazana bildik.

- Komanda ilk dəqiqələrdə sanki meydana alışa bilmirdi...
- Elə bir problem yox idi. Sadəcə rəqib 11 nəfərlə cərimə meydançasının içində müdafiə olunurdu. Meydana girəndən sonra kənardan verilən ötürmələrdən qol vurmağa çalışırdım. Rəqib çox sıx oynayırdı deyə mənə top gəlmədi. Əsas odur ki, qələbə qazandıq.

- Çox güc itirdiyinizi düşünmürsən?
- Bəli, çox güc itirdik. Qol vurmadıqca rəqib daha çox qapanırdı.

- İsveçdə işlərin necə gedir?
- Ab-hava yaxşıdı, hər şey qaydasındadı. Son oyunlarda az oynayıram. 21 yaşım var. "Yurqorden" İsveçin ən böyük klublarından biridi. İlk vaxtlarda daha çox oynayırdım. Bunlar hamısı mənim üçün təcrübədi. Çalışıram ki, çətinliklər məni həvəsdən salmasın.

- İsveç Kubokunun finalına yüksəldiniz. Kuboku qazanmaq şansını necə dəyərləndirirsən?
- Finalda "Malmö" ilə oynayacağıq. "Malmö" çox güclü komandadır, keçən il çempion olublar. Ağır oyun olacaq. Biz də komanda olaraq güclənmişik. Şanslar 50/50-di.

- Belə fikirlər səslənir ki, "Yurqorgen"ə getməklə yanlış seçim etdin. Sən necə düşünürsən?
- Hərdən mənim də ağlıma gəlir. Hər cür fikir ola bilər. Bəzən fikirləşirəm ki, bəlkə səhv seçim etdim. Gələcəkdə görəcəyik. Peşman deyiləm. Bir qərar vermişəm. Çalışıram ki, heç vaxt qərarlarıma görə peşman olmayım. Nə qədər çətin olsa da, irəliyə getməyə çalışıram.

- Skandinaviyanın iqlimi, mentaliteti əlavə çətinliklər yaradır?
- Əlbəttə ki, çətinliyi var. Amma çətinlik olmasa, uğur əldə etmək mümkün deyil.

- "Qarabağ"ın Avropa Liqasında çıxışını necə dəyərləndirirsən?
- Əlbəttə izləyirəm. Onların uğurları bizi çox sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi "Qarabağ"la fəxr edirəm. Həm bu klubda oynadığıma, həm komanda yoldaşlarıma, həm də atama görə sevinirəm.

- İstəyərdin ki, həmin oyunlarda iştirak edəsən?
- Düşünmürəm ki, hücum xəttində qıtlıq var. Məncə, "Qarabağ"ın kifayət qədər yaxşı oyunçuları var. Bu klub daim mənim ürəyimdədir. İstəyərdim ki, mən də belə oyunlarda iştirak edim. Amma mən artıq bir qərar vermişəm. Hərənin həm futbolda, həm də həyatda öz yolu var.

- Qurban Qurbanov bildirmişdi ki, "Qarabağ"dan gedən futbolçuların oyunu istədikləri kimi alınmır. Necə düşünürsən?
- Ola bilər. "Qarabağ" elə klubdu ki, orada işinə məsuliyyətlə yanaşırsansa, uğurlu olacaqsan. Qurban Qurbanov deyirsə, elədi. "Qarabağ"dan sonra başqa ölkələrə uyğunlaşmaq çətindi.

- Azarkeşlər arasında Qurban Qurbanovu yenidən millidə görmək istəyənlər çoxdu. Sənin fikirlərin necədi?
- İstəyərdim ki, atam üçün ən yaxşısı nədisə, o olsun. O mənim atamdı. Mənim üçün fərqi yoxdu harada işləyir.

- Qurban Qurbanovun adı Avropada klublarla hallanır. Həmin xəbərləri oxuyanda hansı hissləri keçirirsən?
- Əlbəttə ki, xoş hisslərdi. Fəxrdi ki, Avropada bu adı tanıyırlar, hörmət edirlər.

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

21-03-2024, 17:0

"Şansımı qaçırmağımda ciddi problem yoxdu" - Bəhlul Mustafazadə

Premyer-liqa / Manşet

16-09-2023, 20:0

"Rəqibə təhlükəli epizod vermədik" - Adrian Mutu

Yığma

14-03-2024, 12:0

Musa Qurbanlı milliyə çağırıldı

Yığma / Manşet

22-03-2024, 14:0

21 aydı qələbə qazanmayan Monqolustan və Azərbaycan - TƏHLİL

Yığma / Manşet

9-09-2023, 19:0

"Azərbaycan millisi futbol oynayırdı" - Domeniko Tedesko

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə