Hər iki oyun "Azərsun Arena"da keçiriləcək. Görəsən, millinin əsas azarkeş qrupu "Göyqurdlar"ın U-21-i qarşıdakı iki vacib, çətin oyunda dəstəkləmək fikri varmı? Azarkeş qrupunun rəhbəri Elnur Şəriflinin "Football-plus.az"a söylədikləri:
"U-21-in ilk oyunu əsas yığmanın Monqolustanla matçı ilə eyni günə düşdüyündən getməyimiz alınmayacaq. Çünki gücümüzü bölmək istəmirik. Hamımız Monqolustanla oyuna köklənmişik. Ancaq Ukrayna ilə oyuna getməyi planlaşdırırıq. Komandamız uğurlu nəticələr göstərməsə də, ən azı dəstək verib bu uğursuzluğun azarkeş dəstəyi ilə bağlı olub-olmadığını görmək istəyirik. Komandamızın arxasında olacağıq, ümid edirik ki, gənclərimiz də dəstəyi qarşılıqsız qoymayıb əllərindən gələni edəcəklər".
GÜNAY SÜLEYMANOVA





