Samir Əliyev İngiltərə və Ukrayna ilə oyunlar üçün heyəti açıqladı

18.03.2024 10:30 264
Ölkə futbolu / Yığma
21 yaşadək futbolçulardan ibarət millimiz bu gündən martın 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Samir Əliyev toplanışa 25 futbolçu dəvət olunub.

Qapıçılar: Amin Ramazanov("Qarabağ"), Rüstəm Samiqullin Yusif İmanov( hər ikisi "Sabah")

Müdafiəçilər: Süleyman Damadayev("Şamaxı"), İbrahim Ramazanov("Qəbələ"), Seymur Məmmədov
("Sabah"), Cəlal Hüseynov ("Arda",Bolqarıstan) Həzrət İsayev ("İmişli"), Abdulla Rzayev ("Araz-Naxçıvan"), Rüfət Əhmədov("Kəpəz"), Rüfət Abbasov("Neftçi"), Ayxan Süleymanlı
("Sumqayıt")

Yarımmüdafiəçilər: Qurban Səfərov ("Şamaxı"), Nazim Həsənzadə ("Zirə"), Camal Cəfərov ("Kəpəz"), Ramin Nəsirli("Araz-Naxçıvan"), Xəyal Əliyev ("Sabah"), Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Fərid Yusifli("Turan Tovuz"), Emil Səfərov("Qəbələ"), Zeynəddin Abdurahmanov("Səbail"), Samir Abdullayev("Səbail"), Mehrac Baxşalı ("Qəbələ"),

Hücumçular: Nəriman Axundzadə("Qarabağ"), Ağadadaş Salyanski("Neftçi")

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16.00-da İngiltərə, martın 26-da, saat 16.00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək.