Françesko Açerbi İtaliya yığmasından kənarlaşdırılıb.
"Football-plus.az" xəbər verir ki, “İnter”in müdafiəçisi Venesuela və Ekvadorla keçiriləcək yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək. İtaliya Futbol Federasiyasının saytının məlumatına görə, bu qərar irqçilik qalmaqalına görə verilib. Yerli mətbuat Açerbinin “Napoli”nin müdafiəçisi Juan Jezusun ünvanına irqçi təhqirlər yönəltdiyini xəbər vermişdi. Onun əvəzinə İtaliya millisinə “Roma”nın müdafiəçisi Canluka Mançini çağırılıb.