Alvaro Fernandes “Mançester Yunayted”i tərk edəcək.
O, karyerasını Portuqaliyada davam etdirəcək. Jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, İngiltərə klubu ispaniyalı futbolçunu mövsümün sonuna qədər “Benfika”ya icarəyə verəcək.
Lissabon klubunun Alvaro ilə yayda daimi əsasda müqavilə bağlamaq hüququ olacaq.