"Turan Tovuz"un üzvü CAR millisinə dəvət olundu

15.11.2022 11:38 327
Dünya futbolu
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu milli dəvət alıb.

Football-plus.az xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikası (CAR) yığmasının heyətinə çağırılıb.

O, noyabrın 17-də Mozambik, noyabrın 20-sində isə Anqolaya qarşı oyunlar üçün milliyə dəvət alıb.