Milli komandaya qayıtmağı düşünür

20.12.2023 21:51 180
Dünya futbolu
Toni Kroos fikrini dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, o, milli komandaya qayıtmağı düşünür. Təcrübəli futbolçu Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmannın xahişini müsbət cavablamağa hazırdı. Yerli mənbələr “Real”ın yarımmüdafiəçisinin gələn il ölkəsində keçiriləcək Avropa çempionatında bundestimə kömək etməyi düşündüyünü xəbər verir.

33 yaşlı Toni yığmanı AÇ-2020-nin final mərhələsindən sonra tərk edib. O, milli formada 106 oyuna 17 qol vurub.