"Əla komanda olduğumuzu göstərdik" - Marko Veşoviç

15.03.2024 11:50
Aktual / Avropa Liqası
“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer-04”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunu haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, monteneqrolu müdafiəçi UEFA-ya açıqlamasında tarixi şansı əldən verdikləri üçün çox təəssüfləndiyini bildirib:

“Çox, çox məyus oldum. “Bayer-04”ə qarşı iki dəfə əla oynadıq və buna görə mükafatlanmadıq. Bu, çox kədərlidi. Qırmızı vərəqədən sonra “Bayer-04” kimi komandaya qarşı dayanmaq üçün böyük vəzifəmiz var idi. Dəqiqələr ötdükcə təzyiqi artırdılar. Bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik”.