• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Barselona" "Napoli" səddini rahatlıqla aşdı

Çempionlar Liqası

15-03-2024, 18:0

Çərşənbə axşamı Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərindən ikisi keçirildi.

"Football-plus.az" xəbər verir ki, İlk oyunda səfərdə “Napoli” ilə heç-heçə edən “Barselona” evdə bu komanda üzərində inamlı qələbə qazandı. “Arsenal” isə penalti seriyasında “Portu”dan üstün olmaqla 1/8 final lənətini də üzərindən götürdü. Beləliklə, növbəti mərhələdə oynayacaq 8 komandadan altısının adı bəllidi. Bunlar “Arsenal”, “Barselona”, “Bavariya”, PSJ, “Real” və “Mançester Siti”di. 1/4 finalın son iki iştirakçısının adına isə dünən gecə aydınlıq gəldi.

“Barselona” dörd ildən sonra 1/4 finalda!

Barselona – Napoli 3:1 (2:1)
Barselona (İspaniya): Ter Ştegen, Kunde, Arauxo, Kubarsi, Kanselo, Kristensen (Romeo, 60), Gündoğan, Lopes (Roberto, 60), Yamal, Levandovski, Rafinya (Feliş, 81).
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Rrahmani, Jezus, Ruy (Olivera, 64), Zambo-Anqissa, Lobotka, Traore (Raspadori, 78), Politano (Lindstrem, 64), Osimhen, Kvaratsxeliya (Nqonq, 90+2).
Qollar: Lopes, 15 (1:0). Kanselo, 17 (2:0). Rrahmani, 30 (2:1). Levandovski, 83 (3:1).
Vərəqələr: Kristensen, 19. Yamal, 44. Jezus, 45+2. Traore, 63. Olivera, 67 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
12 mart. Barselona. 50301 tamaşaçı.
İlk oyun – 1:1.
oyunun statistikası
24 (10) qapıya (çərçivəyə) zərbə 14 (4)
7 künc zərbəsi 2
1 ofsayd 4
7 qayda pozuntusu 16
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
47 topa sahibolma (faizlə) 53

Bu komandalar arasındakı ilk oyunun nəticəsi kimin növbəti mərhələyə adlayacağı ilə bağlı suala heç bir aydınlıq gətirməmişdi. Neapoldakı oyunun əksər bölümlərində dominantlıq edən kataloniyalılar sonda rəqibə təşəbbüsü ələ almağa, hesabı bərabərləşdirməyə imkan vermişdi. Hər halda, İspaniya təmsilçisi favorit kimi görünürdü, axı bu dəfə “doğda divarlar” amili də “Barselona”nın tərəfində idi. Yeri gəlmişkən, “Napoli” əvvəllər heç vaxt bu komandaya qalib gəlməmişdi (İspaniya klubu iki qələbə qazanmış, üç dəfə heç-heçə etmişdi). Maraqlıdı ki, əvvəlki beş duelin hamısında komandaların hər biri qol vurmuşdu. Bəribaşdan deyək ki, ənənə bu dəfə də pozulmadı. Həm “Barsa”nın, həm də “Napoli”nin azarkeşlərinin nikbinlik üçün müəyyən əsası var idi. Xavi yayda baş məşqçi postundan gedəcəyini elan edəndən sonra kataloniyalılar bir dəfə də uduzmayıb, çempionluq uğrunda mübarizəni davam etdirir. Baxmayaraq ki, “Real”la xal fərqi yetərincə böyükdü. “Napoli” isə yeni baş məşqçinin dönəmində heç kimə uduzmamışdı. Kaltsona “sükan arxasına” keçəndən bəri neapollular iki dəfə heç-heçə etmiş, daha üç oyunda qələbə qazanmışdı. Onlar hətta “Yuventus”u da məğlub etmişdi. A seriyasında 7-ci pillədə qərarlaşan “Napoli” ilk “4-lüy”ə düşmək şansını qoruyur. “Barselona” da yaxşı formadadı. Neapoldakı ilk oyundan sonra üç qarşılaşmaya çıxan Xavinin komandası La Liqada 7 xal toplamış, 5 qol vurmuş, birini də buraxmamışdı. Heyətlə bağlı problemlərə gəlincə, “Barsa” müxtəlif səbəblərdən Balde, Alonso, Qavi, Torres, Pedri və De Yonq kimi oyunçularının xidmətindən məhrum idi. Qonaqlara isə yalnız Zelinski kömək edə bilməyəcəkdi.

Tribunalara toplaşan və ekran arxasında əyləşən futbolsevərlərin bu oyunun səviyyəsindən razı qalmamaq üçün əsası yoxdu. “Napoli” hər nə qədər supermotivasiyalı olsa da, katalaniyalılar, sadəcə, rəqibdən güclü idi. Xavinin oyunla bağlı planı doğruldu, “göy-qırmızılar” ilk 17 dəqiqədə iki qol vurdu. Əvvəlcə Lopes rəqib qapısına yol tapdı, cəmi iki dəqiqə sonra isə Rafinyanın dirəkdən dönən zərbəsini Kanselo tamamladı. Qonaqların heyətində Osimhen daha çox canfəşanlıq edirdi, ancaq “Barsa”nın müdafiəçiləri müntəzəm onu “ofsayd tələsinə salırdı”. Amma “Napoli”nin heyətində başqa qəhrəman tapıldı. Yarım saatın tamamında hücumu başlayan Rrahmani onu məhsuldar zərbə ilə bitirdi. Kosovolu müdafiəçi topu qapının küncünə göndərdi, Ter Ştegen tullansa da, çata bilmədi. 2-ci hissənin əvvəlində “Barsa”nın müdafiə xətti çətin anlar yaşadı. Qonaqlar rəqibi meydanın özünə aid hissəsinə sıxışdırmışdı. Ancaq kataloniyalılar bu təzyiqə dözdülər və tezliklə təşəbbüsü yenidən ələ keçirdilər. Meretin işi yenidən artdı. Yamal 2-ci hissənin ortalarında növbəti dəfə fərqlənsə də, bu qol ofsayd üzündən qeydə alınmadı. “Barselona” qol vəziyyətlərini bir-birinin ardınca boşa verirdi. 80-ci dəqiqədə az qala hesab bərabərləşəcəkdi. Lindstrem qapıçı meydançasının xətti üzərindən “çərçivə”yə düşə bilmədi. Və bundan dərhal sonra qonaqların növbəti mərhələyə adlamaq arzusu “suya düşdü”. Serxi Robertonun təşkil etdiyi hücumu Levandovski dəqiq zərbə ilə bitirdi. Qalan vaxt ərzində hesab dəyişmədi. İnamlı qələbə qazanan “Barselona” 2019/20 mövsümündən sonra ilk dəfə ÇL-in 1/4 finalında oynayacaq. Kataloniya nəhənginin məğlubiyyətsiz oyunlar seriyası davam edirsə, “Napoli” Kaltsona dönəmində ilk dəfə uduzdu.

Faktlar
* “Barselona”nın start heyətində 18 yaşını tamamlamayan iki futbolçu var idi. Söhbət 16 yaşlı Lamin Yamalla 17 yaşlı Pau Kubarsidən gedir. Turnirin tarixində indiyə qədər heç bir klub start heyətinə yaşı 18-ə qədər olan iki futbolçu salmamışdı.
* İlk qolun müəllifi Fermin Lopes “Barselona”nın son 6 ildə ÇL-in pley-offunda fərqlənən ən gənc futbolçusudu. Oyun günü o, 20 yaş 306 günlük idi. Sonuncu belə rekord 2018-in martında “Çelsi”nin qapısına yol tapan Usman Dembeleyə məxsus idi.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:

“Əla oyun idi. Komandam meydandan tam süst halda ayrıldı – bütün gücümüzü ortaya qoyduq. Oyunun əksər hissəsində dominantlıq etdik, uşaqlarla qürur duyuram. Postumu tərk etmək qərarını açıqlayanda hamıya dedim ki, bu komanda indikindən daha güclü olacaq. Sevinməyin vaxtı çatdı! Qarşımıza aqressiv oynamaq məqsədi qoymuşduq – topsuz da, topla olanda da. “Napoli” praktiki cəhətdən bircə əks-hücum da qura bilmədi. Hesab edirəm ki, bu matçda möhtəşəm oynadıq. Kubarsi sakit oynadı, daim sərbəst oyunçu tapdı. Oyunda tempi diqtə edir, oyun oyununa baxmaq adama məmnunluq bəxş edir”
.

Françesko Kaltsona, “Napoli”nin baş məşqçisi:

“Rəqibə hədsiz çox boşa zona verdik, tez-tez topu itirdik, oyuna yaxşı başlamadıq, pis müdafiə olunduq. Oyun fərqli bölümlərdən ibarət idi. Bəzən biz həqiqətən yaxşı oynayırdıq, az qala hesabı bərabərləşdirəcəkdik. Əlbəttə, uduzursansa, deməli, hansısa planın işləməyib. Güclü rəqiblə oyuna hazırlaşmışdıq, ancaq hədsiz çox səhvə yol verdik”.

Fermin Lopes, “Barselona”nın yarımmüdafiəçisi: “Artıq dörd ildi bu komanda Çempionlar Liqasında 1/4 finalda oynamağı gözləyir. Komanda, baş məşqçi, zədəlilər, azarkeşlər əsl sevinc yaşayır. Bu oyuna çox yaxşı başlamağımız vacib idi. Hansısa təhlükəli vəziyyətlər yaratdıq və qapıya bir neçə zərbədən sonra qol hədəfimizə çatdıq. Buna görə çox sevinirəm”.


Matteo Politano, “Napoli”nin yarımmüdafiəçisi:

“Bundan sonrakı hədəfimiz çempionatda uğur qazanmaqdı. Belədə Çempionlar Liqasına dönə, burda oynaya bilərik”.

Amir Rrahmani, “Napoli”nin müdafiəçisi:

“Mübarizə apardıq, yüksək pressinq tətbiq etməyə çalışdıq, ancaq səhvlərə də yol verdik. Çoxlu təhlükəli vəziyyət yaratsaq da, lazımi məqamda qol vura bilmədik”.


Serxi Roberto, “Barselona”nın müdafiəçisi:

“Qeyri-adi gecədi. Klubun haqq etdiyi yerdə - 1/4 finalda olmağımızdan dörd il ötmüşdü. Azarkeşlər də orda olmağı haqq edir, bu gün onlar qələbəmizdə vacib rol oynadı. Hər birimiz dərk edirdik ki, oyuna uğurlu başlamaq həlledici məqamdı. Və biz bunu bacardıq. Hesab tezliklə 2:1 oldu. Neapoldakı oyunun ilk yarısını həqiqətən çox yaxşı keçirdiyimizi, ancaq orda işi başa çatdırmadığımızı nəzərə alsaq, evdə artıq belə ssenarinin təkrarlanmamasında iştirak etmək istəyirdim”.


Stanislav Lobotka, “Napoli”nin yarımmüdafiəçisi:

“İlk 20 dəqiqədə heç də yaxşı oynamadıq. Tez-tez top itirdik, “Barselona” isə yaradılan imkanları qola çevirməklə üstün yönlərindən istifadə etdi. Ardından öz oyunumuzu göstərməyə başladıq, qol imkanları qazandıq, ancaq daha diqqətli olmalıydıq. Daha irəli gedə biləcəyimizi hiss edirdik. Ancaq bir qədər bəxt də yanımızda olmalıydı. Hər birimiz var gücümüzlə çalışdıq, indi isə çempionat oyunlarında qələbəyə köklənməliyik”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Çempionlar Liqası

18-12-2023, 16:0

Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Manşet / Çempionlar Liqası

5-10-2022, 00:0

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

Dünya futbolu

2-04-2023, 22:0

Yalnız “Barselona” və “Napoli”

Çempionlar Liqası

31-08-2023, 10:0

ÇL: Qrup mərhələsinin püşkü atılır

Dünya futbolu

20-12-2023, 19:0

“Napoli” və “İnter” üçün qisas şansı

Aktual
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
Son xəbərlər
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Daha çox
Oxunub: 270
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə