Sabiq futbolçu həlak oldu

14.03.2024 22:30 164
Dünya futbolu
Yaxın Şərqdə səngiməyən münaqişə Məhəmməd Barakatın ölümünə səbəb olub.

"Football-plus.az" xəbər verir ki, Fələstin yığmasının sabiq oyunçusu İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində həlak olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, o, atəşə məruz qalan Xan-Yunis şəhərindəki evində ölüb. Məhəmmədin 39 yaşı var idi. Fələstin millisində 3 oyun keçirən sabiq futbolçu peşəkar səviyyədə sonuncu qolunu 2023-cü ilin avqustunda vurmuşdu.