Juninyo dünən məşqdə iştirak edib, lakin...

14.03.2024 16:10 1 480
Manşet / Avropa Liqası
Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer- 04” - “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış 1790 biletin “iticket.az”da satışa çıxarıldığını xəbər vermişdik.

Artıq oyunun başlamasına saatlar qalıb. Görəsən, biletlər hamısı satılıbmı? Bakıda “Bayer-04”lə keçirilən qarşılaşmada zədələnən Juninyonun sağlıq durumunu nə yerdədi? Bugünkü oyunda iştirak edəcəkmi? “Football-plus.az”ın suallarını “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev cavabladı:

“Dəqiq say bilinməsə də, demək olar ki, biletlər tükənmək üzrədi. Juninyonun durumuna gəlincə, dünən məşqdə iştirak edib, lakin oynayıb-oynamayacağına məşqçilər qərar verəcək”.

Anar bəylə söhbətdən bir qədər sonra “iticket.az”a baxdıqda məlum oldu ki, 1790 bilet sahibini tapıb, yəni satış bitib. Xeyirli olsun!

GÜNAY SÜLEYMANOVA