• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” – “Qarabağ”: 36 oyunluq məğlubiyyətsizlik həm də məğlub olmaq qorxusu yaradır

Aktual / Avropa Liqası

12-03-2024, 17:0

Ötən həftə ölkəmizi Avropa arenasında uğurla təmsil eləyən tək klubumuz “Qarabağ” növbəti oyununu keçirdi.

Komandaların, mübarizə apardıqları çempionatların səviyyəsini, büdcələrini müqayisə etsək, əlbəttə, 2:2 hesabı ilə bitən oyunu “Qarabağ” üçün uğurlu saymaq olar. Rəqib “Bayer-04” bu mövsüm Avropada dominantlıq edən, sabit oynayan komandadı. “Bayer-04”ün Bakıdakı matça qismən zəif heyətlə başlaması tək bir oyun üçün seçilmiş taktika deyildi. Bu, həm də cümə axşamı Leverkuzendə keçiriləcək həlledici cavab görüşündə tam başqa oyun sərgiləmək üçün edilmiş gediş idi. Əlbəttə, Alonso ardıcıl qələbələrlə müşayət olunan 34 tur sonrası az qala məğlub olacağı Bakıdakı oyun üçün heç də hər şeyi düz heablamamışdı. Lakin rəqib məşqçi 2-ci hissədə, çətinliklə də olsa, lazımi əvəzetmələr sayəsində komandanın qarşısına qoyduğu vəzifəni yerinə yetirməyi bacardı. Yəni komanda bu mövsüm özünün 35-ci oyununda da məğlub olmadı.

Bəs “Qarabağ”?
“Köhlən atlar” ölkə fubolu üçün tarix yazmaqda davam edir, bununla bərabər komandanın Avropa arenasındakı nüfuzu da günbəgün artır. Mən bunu komandanın oyununu artıq 7 ildi Avropadan izləyən, komanda haqda ölkədənkənar rəylərlə maraqlanan biri kimi yazıram. Qeyd edim ki, “Qarabağ”ın çəkisinin Avropada artması heç də təkcə komandanın UEFA reytinqində yüksəlməsi ilə ölçülmür, beynəlxalq arenada artıq komandaya bəslənilən ciddi münasibətlən də sezilir. “Qarabağ” artıq 15 ildi avrokuboklarda müntəzəm çıxış edir, qruplara düşür. Ötən illərdə “Qarabağ” Almaniya "Frayburq"u ilə oynayıb, İsveçrə "Sürix"ini turnirdən kənarlaşdırıb. Lakin həmin dövrdə bu oyunlar xüsusi ajiotaj, səs-küy doğurmamışdı. İndi isə tam fərqli durumdu. Xüsusilə “Braqa” və “Bayer-04” ilə olan uğurlu oyunlar böyük əks-səda doğurub.

Mən əsasən Almaniya və İsveçrə telekanallarının idman proqramlarını izləyirəm. Avrokubokların oyun günlərinin sonunda şərhçilər, ekspertlər matçları təhlil edir, icmallar verilir. Almaniyanın populyar RTL proqramı oyunlara xüsusi yer ayırır, kanalın Avroliqa oyunları üzrə eksperti isə dünya futbolunun məşhur simalarından Lotar Matteusdu. Son vaxtlar bu proqramda “Qarabağ”ın oyunu haqda xoş sözlər, fikirlər eşitmək xüsusilə qürur verir. Proqramda “Qarabağ”ın oyunçuları haqda maraqlı fikirlər səslənir, Avropa üçün inanılmaz dərəcədə cüzi sayılan büdcə ilə komandanı bu yerlərə gətirə bilən məşqçidən heyranlıqla danışılır.

Ötənlərdən fərqli, indi hər avrokubok oyunundan sonra komandası “Qarabağ”la qarşılaşmış ölkələrin qəzetləri, qardaş Türkiyənin idman mətbuatı “Qarabağ”a aid yazılar dərc edir. Bunun səbəblərindən biri “Qarabağ”ın ildən-ilə avrokuboklarda mərhələlələr adlamasıdısa, digər səbəb komandanın Avropa arenasında daha çox tanınması, daha çox ciddiyə alınmasıdı.

Komandanın bu il keçirdiyi sonuncu üç avrokubok matçı heyətindəki oyunçulara olan transfer marağını artırdı, üstəlik baş məşqçi Qurban Qurbanova da kənardan təkliflər gəldiyi barədə məlumatların mətbuata çıxmasına səbəb oldu. Artıq Qurbanovun adı mətbuatda Türkiyə nəhəngləri “Fənərbaxça”, “Qalatasaray” ilə birgə hallandırılır. Əlbəttə, bu hal komanda rəhbərliyinin, azarkeşlərin ürəyincə olmayacaq, amma bu artıq reallıqdı. Mövsümün sonunadək hər hansı nüfuzlu Avropa klubundan Qurbanova təklif gəlməsi ehtimalı da az deyil. Qurbanovun bütün bu uğurlara hansı heyətlə, hansı büdcə ilə imza atması haqlı olaraq Avropada çoxlarını təəccübləndirir. Son 3 uğurlu oyundan sonra baş məşqçinin artan nüfuzu ilə bərabər komandanın üzvlərinin də transfer qiyməti artıb. Düzdü, bu yeni bir şey deyil, ancaq xoşdu: Reynaldo, Sehiç, Kadi nümunələrini xatırlayaq.

“Qarabağ”ın son 15 ildəki uğurlarından danışarkən klubun sponsoru "Azərsun" şirkətinin rəhbəri Abdulbari Gözəlın, eləcə də “Qarabağ”ın prezidenti Tahir Gözəlin adı mütləq qeyd olunmalıdı. Məhz təcrübəli türk iş adamlarının komandada peşəkar fəaliyyət təşkil etməsi nəticəsində “Qarabağ” məlum uğurlara imza atır.

Zaman keçdikcə “Qarabağ”ın Avropanın müxtəlif ölkələrindəki oyunlarını daha çox qarabağsevər canlı - tribunalardan izləyir. Bu azarkeşləri artıq Avropada formalaşmış bir qrup kimi də təqdim etmək olar. İnişil yayda “Qarabağ”ın İsveçrədə, Sürixdə yerli komanda ilə oyunu zamanı stadionda Azərbaycanın, “Qarabağ”ın və Türkiyənin bayraqları ilə silahlanmış yüzlərlə azarkeş var idi. Qürurverici haldı ki, burda da bütün Qarabağ savaşlarında olduğu kimi, türk qardaşlarımız bizimlə idi. Burda əsas səbəb türk qardaşlığıdısa, digər bir səbəb “Qarabağ”ın beynəlxalq futbol arenasında günbəgün artan nüfuzudu. Təəssüf ki, səbəblərdən biri də Türkiyə klublarının son illər avrokuboklardakı zəif çıxışıdı. Bunun fonunda “Qarabağ” UEFA reytinq sıralamasında artıq “Qalatasaray”ı da geridə qoyub. Bütün hallarda, qardaş türk xalqına hətta qürbətdə, idman meydançalarında belə bizi dəstəklədiyinə görə təşəkkür etməliyik.

Sonda yenə qayıtmaq istəyirəm “Bayer-04” ilə “Qarabağ” arasındakı cavab görüşünə. Əlbəttə, biz “Qarabağ”ın uğurlu nəticə qazanıb, turnirə davam etməsini, Azərbaycana ilk dəfə 1/4 final həyəcanı yaşatmasını arzulayırıq. Bəs bu arzunun həyata keçməsi nə qədər realdı? Əlbəttə ümid həmişə var: doğru seçilmiş məşqçi taktikası, oyunçuların döyüşkənliyi, Bakıda ötən həftə keçirilən ilk (əslində 3-cü) oyunun birinci hissəsindəki kimi sürətli əks-hücumlar və yaranan qol şanslarını qaçırmamaq lazımdı. Düzdü, “Qarabağ” fiziki hazırlığa görə “Bayer”dən geri qalır, ehtiyat oyunçular skamyası rəqiblə müqayisədə zəifdi, ancaq düşünürəm ki, doğru seçilmiş taktika, mübarizlik 90 dəqiqə qələbəyə oynamağa əsas verə bilər. Sadəcə, oyunun taleyini mütləq əsas vaxtda - 90 dəqiqədə həll etməyə çalışmaq lazımdı, çünki heç-heçə hesabı və əlavə vaxt fiziki cəhətdən üstün olan rəqibin xeyrinə işləyəcək. Əslində indi Qarabağ həm də son oyuna görə psixoloji üstünlüyə malikdi, böyük ölçüdə itiriləcək bir şey də yoxdu. “Qarabağ”dan fərqli, “Bayer-04”ün psixoloji durumu daha gərgindi, “Volfsburq”la bundesliqadakı son oyunu da nəzərə alsaq, 36 oyunluq məğlubiyyətsizlik seriyasıhəm də məğlub olmaq qorxusu yaradır.

Bakıdakı oyunun statistikası da “Qarabağ”a şans tanıyır, topa sahibolmadan başqa bütün əsas göstəricilərdə “Qarabağ” “Bayer-04”ü üstələmişdi ki, topa sahibolma da sırf fiziki hazırlıqla bağlıdı. Minimal da olsa şansımız var, ancaq gəlin unutmayaq ki, rəqib bundesliqanın lideri, təxminən bir ildi heç bir turnirdə məğlub olmayan “Bayer-04”dü.

“Bayer-04” – “Qarabağ”: 36 oyunluq məğlubiyyətsizlik həm də məğlub olmaq qorxusu yaradır


İlham Rəsul, İsveçrə, Aarau

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

24-02-2024, 11:0

"Qarabağ"ın "Bayer-04"lə oyunlarının başlama saatı

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

"Bayer-04" yenə "Qarabağ"a rəqib oldu

Manşet / Avropa Liqası

23-02-2024, 20:0

"Bayer-04"ün qarşısına baxımlı oyun və yaxşı nəticə üçün çıxacağıq" - Qurban Qurbanov

Avropa Liqası

4-03-2024, 10:0

“Bayer-04” uğurlu seriyanı davam etdirdi

Avropa Liqası

5-03-2024, 11:0

“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

Manşet / Avropa Liqası

9-11-2023, 23:0

“Qarabağ” məğlub oldu - YENİLƏNİB

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə