Rövnəq Abdullayevin son durumu açıqlandı

11.01.2024 10:24 14 867
Ölkə futbolu / Manşet
Dünən AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətində problem yarandığını xəbər vermişdik.

Xatırladaq ki, bu üzdən Gəncə Futbol Akademiyasının açılış mərasimi və burda keçiriləcək İcraiyyə Komitəsinin iclası təxirə salınmışdı.

Mətbuatda Rövnəq bəyin durumunun qənaətbəxş olmadığı və xəstəxanaya yerləşdirildiyi haqda məlumat da yayılıb. Dəqiq bilgi üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Onun "football-plus.az"a dedikləri:

"Xeyr, xəstəxanaya yerləşdirilməyib. Sadəcə, soyuqdəymə qripi ilə bağlı özünü narahat hiss edirdi. Vəziyyəti yaxşıdı".

KƏNAN BAHADIR