"Alonso "Qarabağ"a daha ciddi yanaşmalıdı, yoxsa turu keçə bilməyəcəyik" - Almaniya millisinin sabiq üzvü

8.03.2024 21:16 7 659
Manşet / Avropa Liqası
"Qarabağ" dünən Avropa Liqasının 1/8 final mərhələsində "Bayer-04"lə heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, Almaniya millisinin sabiq üzvü Robert Andriç matç barədə danışarkən, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonsonu və komandasını tənqid edib. O, ispaniyalı mütəxəssisin yanlış taktikadan istifadə etdiyini deyib:

"Qarabağ" düşündüyümüzdən daha güclü komandadı. Alonso qonaq olduğu meydana bu heyətlə çıxmamalıydı. Təbii ki, eyni anda üç turnirdə (Almaniya çempionatı və kuboku, Avropa Liqası - red.) mübarizə aparırsansa, rotasiyalar etməyə məcbursan. Lakin bunu Avroliqanın vacib oyunlarından birində etmək anlaşılan deyil. Yaxşı ki, o, səhvini anlayıb ikinci hissədə dəyişikliklər etdi. Yoxsa hesab ən yaxşı halda 0:3 olacaqdı. "Qarabağ"a gəlincə, onların mənəviyyatı çox yaxşıdı. Bunun sayəsində bacardığından daha çoxunu edə bilir. Meydan sahibləri ilk hissədə gücünün 120 fazini göstərdi. Nəticədə aqressiv ola bilmədik və axmaq əks-hücum cəhdlərinə şahid olduq. Alonso "Qarabağ"a daha ciddi yanaşmalıdı, yoxsa turu keçə bilməyəcəyik".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul