"Football-plus.az" xəbər verir ki, “kicker”ə danışan finlandiyalı qolkiper hər üç turnirdə uğurlu çıxış etmək istədiklərini bildirib:
"Bundesliqa mövsümündə vacib olan yeganə şey kubokdu. İndi tənəzzülə uğrasaydıq, bu o demək olardı ki, biz artıq əvvəlki kimi yaxşı oynamırıq. Bu isə məyusluq olardı. Amma biz Bundesliqada, Almaniya kubokunda və Avropa Liqasında ən yaxşı mövsümü keçirmək istəyirik".
Xatırladaq ki, "Qarabağ" - "Bayer-04" matçları martın 7 və 14-də baş tutacaq.





