“Bayer-04” üçün “2002” kabusu: “uğurun təməl daşı Bakıda qoyulacaq”

7.03.2024 19:50 300
Avropa Liqası
Bu gün “Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer-04”ü qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, Almaniyanın “sport.de” nəşri bu matçı da əhatə edən diqqətçəkən məqama toxunub.

Belə ki, “Bayer-04” eyni anda iştirak etdiyi hər üç turnirdə - Avropa Liqası, ölkə kuboku və buundesliqada favoritlər siyahısındadı və çempion olmaq ehtimalı böyükdü. Komanda bu halı sonuncu dəfə 2001/02 mövsümündə yaşayıb. Yəni “aspirinlər” həmin “futbol ili”ndə də tarix yazmağa yetərincə yaxın imiş. Lakin sonradan baş verən bəxtsizliklər üzündən kollektiv hər üç turnirdə ikinci olub. Sözügedən nəşr bu dəfə eyni vəziyyətin yaşanmamasının vacibliyini vurğulayıb. Qısası, ani səhvlər “Bayer-04”ün büdrəməsinə səbəb ola bilər ki, bu, “Qarabağ”la oyunlarda da yaşan bilər. “Sport.de” tarixi uğur yaşaya bilmək üçün Xabi Alonsonun yetirmələrinin çox məsuliyyətli davranmasının vacib olduğunu vurğulayıb.

Mövzuyla bağlı nəşrə açıqlama verən Almaniya millisinin sabiq oyunçusu Robert Andriç belə deyib:

“Bayer-04” həmin mövsümdə indiki qədər güclü deyildi. “2002 kabusu” komandanı xeyli ruhdan salmışdı. İndi hər şey fərqlidi. Leverkuzenlilər Xabi Alonsonun rəhbərliyi altıdna təhlükəsizdi. Onlar çox yaxşıdılar. Məncə, gözlənilən uğurun təməl daşı Bakıda qoyulacaq”.


KƏNAN BAHADIR