“Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var"

25.10.2023 17:10 249
Manşet / Avropa Liqası
Almaniyanın "Bayer-04" klubu Avropa Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

"Bu matçın nə qədər vacib olduğunu bilirik. Bizi təcrübəli baş məşqçisi olan yaxşı rəqiblə oyun gözləyir. “Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, maksimum konsentrasiya olmağımızı tələb edəcək. Ən vacib məqsəd qələbə qazanmaqdır. Biz mübarizə aparmaq və hər yarışda olmaq istəyirik. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik”.