Qrizmann ilə bağlı son xəbər

8.03.2024 12:35 184
Dünya futbolu
Antuan Qrizmann ilə bağlı növbəti xəbər yayılıb.

“Atletiko”nun hücumçusu Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “İnter”ə qarşı oynaya biləcək. Fransalı futbolçu İtaliyadakı ilk matçda (0:1) zədə almışdı.

Bu səbəbdən komandasının bir neçə oyununu buraxan Antuanın La Liqanın martın 9-na təyin olunan “Kadis” ilə matçında meydana çıxacağı istisna edilmir.