Qrizmannın vəziyyəti necədi?

26.02.2024 13:35 240
Dünya futbolu
Antuan Qrizmannın meydana nə vaxt qayıdacağı hələ ki məlum deyil.

Çempionlar Liqasının 1/8 finalının “İnter” ilə ilk oyununda (0:1) zədələnən hücumçu bir müddət müalicə olunmalıdı. “Atletiko”nu çalışdıran Dieqo Simeone fransız hücumçu haqda jurnalistlərə belə açıqlama verib:

“Antuanı məcburən meydana buraxmaq fikrimiz yoxdu. O, yalnız tam sağlam olacağı halda oynayacaq. Bu, bütün oyunçulara şamil olunur”.