AFFA-nın baş mütəxəssisi UEFA-dan təyinat aldı

6.03.2024 13:50 176
Ölkə futbolu
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaq.