• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kazbek Tuayevdən “coğrafiya dərsi” - KÖŞƏ

Premyer-liqa / Yazarlar

5-03-2024, 21:0

Azərbaycanda sürücülük vəsiqəsiylə bağlı həm gülməli, həm də acı reallığı əks etdirən bir deyim var.

Deyrirlər ki, bizdə insanlar əvvəlcə avtomobil alırlar, sonra da sürücülük vəsiqəsi. Halbuki normal halda bunun əksi olmalıdı. Maşın sürmək arzusunda olan bir şəxs əvvəlcə onu idarə etməyi bacarmalıdı, sürücülük kursuna yazılıb, imtahanlardan keçməlidi. Yalnız ondan sonra avtomobil alıb, onu sürməyə başlamalıdı. Çox təəssüf ki, bir çox sahələrdə olduğu kimi, burda da çağdaş dünya ilə ayaqlaşa bilmirik, işimizi tərsinə görürük. Ondan sonra da sürücülər də, piyadalar da bunun cəzasını çəkir. Az qala hər gün hansısa ağır qəza xəbərindən, insan itkisindən üzülüb təəssüflənirik.

Elə futbolda da belədi. Sosial şəbəkələrdə bir bayram havası yaşanır. “Kəpəz”in rəhbərliyi və Futbolun İnkişaf Fondunda çalışanlar bütün Azərbaycana, xüsusən də Gənc təmsilçisinə könül verən azarkeşlərə gözaydınlığı verir. Bilməyən də düşünər ki, “Kəpəz” nəsə böyük uğur qazanıb, avrokuboklarda mərhələ adlayıb, yaxud da komandanın premyer-liqada mükafatçılardan biri olacağı dəqiqləşib. Əslində isə bunların heç birisi baş verməyib. Uzunmüddətli mübarizədən sonra “Kəpəz”ə avtobus alıblar. İki ilə yaxın idi Futbolun İnkişaf Fondu ianə kampaniyası keçirirdi, iş adamlarına və azarkeşlərə çağırış ünvanlayırdı. “Kəpəz”ə avtobus almaq üçün yetərli məbləğ isə toplanmırdı. Axırda proses “Turan Tovuz”un avtobus almasına oxşar şəkildə aparıldı. Verilən açıqlamalarda qeyd olunur ki, avtobus ianə kampaniyasında toplanan pulun üzərində klubun öz büdcəsindən əlavə edilməklə alınıb. Sosial şəbəkələrdə belə bir iddiya da rəst gəldim ki, UEFA-nın uşaq futbolu üçün ayırdığı pulla “Kəpəz”ə avtobus alıblar. Uşaqlar gözləsə də, olar. Əsas odu ki, avtobusun ətrafında təbliğat aparılsın, əcnəbi futbolçular rahat nəqliyyat vasitəsində gəzsinlər.

Bu da sizə peşəkar klub nümunəsi. Eyni ilə sürücülük vəsiqəsini aldığımız kimi. Əvvəlcə klubu yaradıb, premyer-liqaya buraxırlar. Ondan sonra da həmin klubun futbolçularının gəzməsi üçün avtobus alınır. Gəzmək demişkən, “Kəpəz”in günü elə yollarda keçir. Gəncə təmsilçisinin stadionu təmirə bağlandığından komanda üçün ev-səfər qarşılaşmalarının fərqi yoxdu, daim fərqli meydanlarda oynamaq lazım gəlir. Bunu nəzərə alanda “Kəpəz”in futbolçularının adına sevinməmək olmur. Bu dəqiqə Azərbaycan futbolunda rahat nəqliyyat vasitəsinə ən çox ehtiyacı olan da elə “Kəpəz”di. Gün o gün olsun ki, Gəncə şəhər stadionunun təmiri yekunlaşın, “sarı-göylər” də doğma şəhərinə qayıtsın, azarkeşlərinə qovuşsunlar. Bununla da ölkənin ən köklü klublarından birinin sürgün həyatı sona çatar, gəncəli futbolsevərlərin də gözü yollardan çəkilər, həsrət bitər.

Mən bu sevincdən naxçıvanlı futbolsevərlərə də arzulayıram. “Araz-Naxçıvan” premyer-liqaya yüksələn gündən “paytaxt komandası”na çevrilib. Tam əminliklə deyə bilərəm ki, komandanın heyətində yer alan legionerlərin mütləq əksəriyyəti heç Naxçıvanın harda yerləşdiyini belə bilmirlər, onlar üçün “Araz-Naxçıvan” elə Bakının Mərdəkan qəsəbəsinin komandasıdı. Heç kimin də vecinə deyil. İllər öncə imitasiya haqqında bir yazım vardı. Orda imitasiyanın növlərini sadalayır, Azərbaycan futbolu ilə paralellər aparırdım. Bu gün bizim futbolumuzun mənzərəsi elə 10 il əvvəlki kimidi, başdan-ayağa imitasiya içindəyik. “Kəpəz”in yollarda qalması, “Araz-Naxçıvan”ın Mərdəkana sığınması da həmin o imitasiyanın nümunələridi. Özü də təkcə onlar deyil. Möhtəşəm premyer-liqamızın iştirakçılarının böyük əksəriyyəti Bakı Olimpiya Stadionunun ehtiyat meydançasına sığınıb, növbə ilə ora məşq edir. “Turan Tovuz”la “Qəbələ” zamanının böyük hissəsini Bakıda keçirir, oyundan-oyuna doğma rayonlarına gedirlər. Elə qəsəbə komandası “Zirə” də BOS-un sakinləri arasındadı. Yaxşı ki, BOS var imiş. Olmasaydı, bizim klublar “Ədliyyə” stadionunu çıraqla axtaracaqdılar.

Bütün bunların fonunda gözümə AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin müsahibəsi sataşdı. Deyir ki, premyer-liqa iştirakçılarının sayını 10-a çatdırmışıq, böyük uğurdu, indi bu sayı 12-ə çatdrıb, Azərbaycan futbolunun coğrafiyasını genişləndirmək lazımdı. Bu “coğrafiya dərsi”ni özünüzə saxlayın, Kazbek Əliyeviç. Sizin “geniş” coğrafiyanız BOS-un ehtiyat meydançası boydadı. Bizi aldatmağa çalışmayın!

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-11-2022, 23:0

Pavar sürücülük vəsiqəsini itirdi

İdman / Manşet

25-08-2023, 00:0

Voleybol yığmamızın üzvü kimə sürücülük dərsi keçir?

Dünya futbolu

15-01-2023, 23:0

Antoni niyə şok keçirib?

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 232
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə