"Bavariya"nın müdafiəçisi Benjamin Pavar xoşagəlməz hadisə ilə üzləşib.
Football-plus.az xəbər verir ki, Fransa millisinin üzvü sürücülük vəsiqəsindən məhrum edilib. O, 6 həftə əvvəl sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Hadisə nəticəsində Pavar sürücülük vəsiqəsini itirib.