"Araz-Naxçıvan": son 4 mövsümün antirekordu

8.11.2026 15:56 63
Ölkə futbolu
“Araz-Naxçıvan” Misli premyer-liqasının 1-ci dövrəsində qələbə qazana bilməyib. Muxtar Respublika təmsilçisi keçirdiyi 11 matçda 4 heç-heçə edib və 7 dəfə uduzub.

"Football-plus.az" PFL-in saytına istinadla xəbər verir ki, son 4 mövsümdə ilk dəfə iştirakçılardan biri premye-liqanın startında ardıcıl 11 görüşdə qələbə qazanmayıb. Sonuncu belə seriya 2022/23 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda – “Sumqayıt”la “Şamaxı” ilk 11 turda qalib gələ bilməyib.

4 il əvvəl də hər iki komanda 11 matçda 4 xal toplayıb.