İtaliyanın Sardiniya adasında 20 yaşadək şahmatçılar arasında blits üzrə dünya çempionatına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Məhəmməd Muradlı turnirin qalibi olub. O, 11 oyunda 9,5 xal toplayaraq, yarışın çempionu adına yiyələnib.
Qızların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplayıb. Təmsilçimiz liderdən 1 xal geri qalaraq 3-cü pillənin sahibi olub.
Qeyd edək ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub.