• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəvan Həmzəzadə “Qəbələ”ni narazı saldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu / Premyer-liqa

1-03-2024, 13:0

Deyəsən, baş məşqçilərlə hakimlər bir-birini “dişə vurandan” sonra ehtiraslar sakitləşdi.

Hər halda, qarşılıqlı narazılıqların sayı azalıb. Bu tendensiya vərəqə sayında da özünü göstərir. Hakimlər 5 oyunda 21 vərəqə göstərib ki, bunların hamısının rəngi sarı olub.

Son turda idarəçiliklə bağlı əsas fikir ayrılığı “Kəpəz” – “Qəbələ” oyununda yaşandı. “Qırmızı-qaralar” Rəvan Həmzəzadənin idarəçiliyindən kəskin şəkildə narazılıq etdi.

Qarabağ – Sumqayıt, NİCAT İSMAYILLI
Oyun “Qarabağ”ın liderliyini, “Sumqayıt”in isə 2-ci yer uğrunda mübarizədə mövqeyini gücləndirməsi baxımından önəmli idi. “Köhlən atlar” yorğun olduğundan, “kimyaçılar” isə çox güman, çəkindiyindən sürətli oyun göstərmədi. Belədə hakimin işi də xeyli asanlaşdı. Cəmi iki dəfə əlini cibinə atan Nicat bəy cüzi səhvlərə yol verdi. O, gah kobud müdaxilələrə şərait yaradır, gah da adi oyun epizodlarına qarışırdı. Belə davranış bir ara Qurban Qurbanovun etirazına səbəb olsa da, yan xətt hakimiylə söhbətdən və komandasının qollarından sonra sakitləşdiyini müşahidə etdik. Ümumiyyətlə, referi matçı qənaətbəxş idarə etdi. Lakin idarəçilik üslubunu oyunboyu qorusaydı, daha yaxşı olardı.

Kəpəz – Qəbələ: RƏVAN HƏMZƏZADƏ
Turnir cədvəlinin son pillələrində qərarlaşan komandaların mübarizəsində hakim idarəçiliyi ilə bağlı çox danışmaq olar. Oyunu gərginləşdirən amillərdən biri kimi hakimin əllə oyuna görə Qəbələ təmsilçisinin penaltisini verməməsi oldu. Həmin epizodlardan biri matçın 39-cu dəqiqəsində baş verdi. Ülvi İsgəndərovun zərbəsindən sonra top Vüsal Məsimovun əlinə toxunmuşdu. Lakin baş hakim nəinki penalti qərarı verdi, heç VAR-a da baxmağı da lazım bilmədi. Ziddiyyət yaradan daha bir epizod 47-ci dəqiqəndə qeydə alındı. Bu dəfə də Urfan Abbasovun zərbəsindən sonra top aşkar şəkildə Ehtiram Şahverdiyevin əlinə dəymişdi. Rəvan Həmzəzadə korneri işarə etdi, epizodu yenidən dəyərləndirməyə ehiyac görmədi. Heç VAR otağından da epizodu dəyərləndirmək üçün baş hakimi çağırmadılar. Ümumiyyətlə, bu oyun “Qəbələ” tərəfdarlarının kəskin narazılığıyla yadda qaldı. Əllə oyunların heç birinə görə penalti təyin edilməməsi maraq doğurdu. Görəsən, top hansı vəziyyətdə oyunçunun əlinə toxunanda penalti təyin edilir? Artıq “Qəbələ”dən ayrılan Elmar Baxşıyev oyundan sonra narazılığını belə ifadə etdi: “Verilməyən penaltilər oldu. Ülvi İsgəndərovun başı yarılmalıdı ki, 11 metrlik cərimə zərbəsi təyin olunsun?”

Turan Tovuz – Neftçi: TURAL QURBANOV
Hakim idarəçiliyi ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdu. Tural Qurbanovun və köməkçilərinin qarşılaşmanı yetərincə obyektiv idarə etdiyini deyə bilərik. Onsuz da hakim idarəçiliyi ilə bağlı ən çox gileylənən şəxslərdən biri kimi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransında bu mövzuya toxunmaması hakimlikdən razı qalmasının əlamətidi. Doğrudu, baş məşqçi bir-iki epizodla bağlı qaranlıq məqamların olduğunu bildirdi. Sadəcə, epizodları konkretləşdirmədi və yenidən baxacağını, təhlil edəcəyini söylədi. Oyundan sonra tovuzlu tərəfdarlarla “ağ-qaralar”ın futbolçuları arasında baş vermiş çaxnaşma hər iki komandanın çalışdırıcısına sarı vərəqə göstərilməsiylə nəticələndi. Ümumilikdə oyunun yaxşı səviyyədə idarə olunduğunu demək mümkündü.

Araz-Naxçıvan – Zirə: RAUF ALLAHVERDİYEV
“Zirə”nin inamlı qələbə qazandığı qarşılaşmada Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən səhvi olmadı. Nominal qonaqların vurduğu qolların hamısı qaydalar çərçivəsində idi. Amma Allahverdiyevin köməkçiləri ilə zəif anlaşdığını da vurğulamalıyıq. Xüsusən də oyundankənar vəziyyətlər zamanı hakimlər qətiyyətli davrana bilmirdi. 50-ci dəqiqədə top cərimə meydançasında Qismət Alıyevin əlinə dəydi. Miço Kuzmanoviç sağ cinahdan “Zirə”nin cərimə meydançasına daxil olub, qapıya paralel ötürmə verdi. Özü də ötürməni qəsdən elə verdi ki, top Qismətin açıq əlinə toxunsun. Rauf Allahverdiyev dərhal “nöqtə”ni göstərdi. Yalnız VAR-ın müdaxiləsindən sonra epizod incələndi, hücum başlarkən “Araz Naxçıvan”ın futbolçusu ofsaydda olduğuna görə penalti ləğv edildi. Az sonra daha bir oxşar vəziyyət yaşandı. Yan xətt hakimi Pərvin Talıbov oyundankənar vəziyyətə görə bayrağını qaldırmağa tələsmədi. Hücuma davam edən futbolçu “Zirə”nin qapıçısı ilə toqquşub yerdə qalınca Allahverdiyev yenidən penalti təyin etdi. Yalnız bundan sonra Talıbovun bayrağı havaya qalxdı ki, belədə penalti qərarı da qüvvədən düşdü.

Səbail – Sabah, RƏŞAD ƏHMƏDOV
Oyun yetərincə maraqlı alındı. 20-ci dəqiqədə baş hakim “Sabah”ın qapısına penalti təyin etdi. Lakin onun qərarı yanlış oldu. Xoşbəxtlikdən VAR həmin qərarı ləğv etdi. Çünki həmin epizodda Rüfət Abdullazadə simulyasiyaya yol vermişdi və haqlı olaraq, sarı vərəqə ilə cəzalandı. İkinci hissənin startında isə meydan sahibləri hesabı açdı. Aleksandr Ramalinqom bütün müdafiəçiləri qabaqlayaraq, topu qapıdan keçirdi. Qonaqlar mümkün ofsaydla bağlı etiraz etsələr də, VAR qolun təmiz olduğunu bildirdi. Ki, referi də öncə həmin qərarı vermişdi. Əhmədov bir-iki epizodda mövqe seçimində səhvə yol versə də, ümumilikdə matçı ideala yaxın səviyyədə keçirdi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Mutu və Musayev narazı qaldı, Rəşad Sadıqov hakimin tərəfini tutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

16-11-2023, 16:0

Qırmızı vərəqə olmadı, yalnız Elmar Baxşıyev narazı qaldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə