AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin üçüncü – sonuncu sessiyasına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, AFFA-nın, PFL-in və Misli premyer-liqasında mübarizə aparan klubların nümayəndələrinin iştirak etdiyi seminarda iştirakçılar klub idarəetmə sisteminə aid müxtəlif mövzularda müzakirələr aparılıb, təcrübələrini bölüşüblər. Seminarın son günündə iştiakçılara sertifikatlar verilib.
Sertifikatları AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.