Halk karyerasını hazırkı klubunda davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, o, “Atletiko Mineyro” ilə yenidən anlaşıb.
37 yaşlı braziliyalı hücumçunun imzaladığı yeni müqavilənin müddəti 2026-cı ilə qədərdi. Halk “Atletiko Mineyro”da 2021-ci ildən çıxış edir. O, bu komandada indiyədək bütün turnirlərdə 178 oyuna 99 qol vurub.
Halkın karyerası ərzində “Vitoriya”, “Kavasaki Fronteyl”, “Konsadole Sapporo”, “Tokio Verdi”, “Portu”, “Zenit” və “Şanxay SİPQ”də çıxış etdiyini də xatırladaq.