Klubu ilə anlaşmağa yaxındı

18.02.2024 21:21 201
Dünya futbolu
Halk karyerasını hazırkı klubunda davam etdirmək istəyir.

"Football-plus.az" xəbər verir ki, son məlumatlarda onun “Atletiko Mineyro”dakı çıxışını davam etdirməyə yaxın olduğu bildirilib. 37 yaşlı hücumçu yeni təklif hər iki tərəfi qane edəcəyi halda müqavilənin yenilənəcəyini deyib.

Halk “Atletiko Mineyro”da 2021-ci ildən çıxış edir. O, bu komandada indiyədək Braziliyadaxili turnirlərdə 127 oyuna 72 qol vurub.