Lük Şou növbəti dəfə sıradan çıxıb.
O, bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
Təcrübəli futbolçu premyer-liqanın “Luton” ilə oyununda zədə alıb. Lükün dizaltı vətəri ciddi xəsarət alıb. Həkimlər zədənin bərpasının üç ay çəkəcəyini proqnoz verirlər. Bu proses ləng gedəcəyi halda onun İngiltərə yığmasına yayda Almaniyada keçiriləcək Avropa çempionatında kömək etməyə bilər.