Antuan Qrizmannın bu mövsüm klubunda oyun praktikasından əziyyət çəkdiyi hamıya məlumdu.
“Atletiko”nu çalışdıran Dieqo Simeone onu bütün matçlarda 60-cı dəqiqədən sonra meydana buraxıb. Maraqlıdı ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam bunda elə bir problem görmür:
“Qrizmann “Atletiko”da az oynayır? Heç olmazsa, yorulmayıb! O, oyun müddətinin məhdudlaşdırıldığı vəziyyətə düşüb. Antuanın 90 dəqiqə oynadığı son matçdan çox vaxt keçib. Buna baxmayaraq, əvvəlki kimi, klubunun vacib oyunçusu sayılır. Hər dəfə də ən yaxşı oyununu göstərməyə çalışır”.