“Real”dan doğma klubuna dönə bilər

26.02.2024 13:14 227
Dünya futbolu
Luka Modriçin mövsümün sonunda “Real”dan ayrılmaq ehtimalı daha da artıb.

O, doğma klubuna qayıda bilər. 38 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Dinamo”ya qayıtmaq variantını götür-qoy edir.

“Sata24” portalının yaydığı xəbərə görə, Zaqreb klubunun prezidenti Mirko Barişiç Modriç ilə əlaqə qurub. Təcrübəli futbolçu onun təklifi haqda düşünmək üçün möhlət istəyib.

Qeyd edək ki, Luka “Real”da 2012-ci ildən çıxış edir.