"Qarabağ" - "Neftçi" matçının bileti satışa çıxarılacaq

16.12.2023 11:34 248
Premyer-liqa
Misli premyer-liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri bu gün iticket.az-da satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matça 20.00-da start veriləcək.