“Ramiz müəllim uğursuzluğunu gizlətmək üçün belə deyir” – AFFA nümayəndəsi baş məşqçiyə cavab verdi

25.02.2024 18:51 603
I liqa / Manşet
Xəbər verdiyimiz kimi, 1-ci liqada 15-ci turun “Difai Ağsu" - "Şamaxı" oyunu 0:0 hesabı ilə yekunlaşıb.

Oyundan sonra "Şamaxı"nın baş məşqçisi Ramiz Məmmədov “Football-plus.az”a açıqlamasında duman, sis üzündən 30-40 metr irəlini görə bilmədiklərini, bu oyunun təxirə salınmalı olduğunu bildirib. Görəsən, doğrudanmı hava şəraiti oynamağa imkan vermirdi? Oyun həqiqətən təxirə salınmalıydı? Bu suallarla AFFA nümayəndəsi Bəhram Qurbanova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Oyundan əvvəl hakimlərlə bir yerdə məsləhətləşdik. Mənə görə meydanın ortasından qapılar, bayraqlar açıq-aydın görünürdü. Ramiz müəllim uğursuzluğunu gizlətmək üçün belə deyir. Hava şəraiti oynamaq üçün tam əlverişli idi. Düzdü, bir qədər duman var idi. Lakin sonradan çəkildi və mənzərə tam aydın oldu. Oyunu təxirə salmaq üçün heç bir əsas yox idi".


GÜNAY SÜLEYMANOVA