Ötən ilin dekabrında AFFA əməkdaşı Ramiz Mustafayevin 70 illik yubileyini qeyd etmək və qurumdakı 30 illik fəaliyyətini qiymətləndirmək məqsədilə tədbir keçirmişdi. Sentyabrın 18-də isə onun AFFA nümayəndəsi kimi fəaliyyətini başa vurması ilə bağlı xəbər aldıq.
"Football-plus.az" olaraq dünən Ramiz bəylə əlaqə saxlayıb müsahibə götürmək istədik. Amma aldığımız cavab bizi təəccübləndirdi. Sən demə, Ramiz Mustafayev AFFA-dakı fəaliyyətini olduğu qaydada davam etdirir, dediyinə görə, haqqında dərc edilən xəbər tam yanlışdı. İndi bilmədik ki, AFFA ilə PFL-in saytına inanaq, yoxsa səbəbkara?
ADİL NƏHMƏTLİ