Yenə təhqir olundu

29.10.2023 13:53 175
Dünya futbolu
Vinisius Junior növbəti dəfə irqçi təhqirə məruz qalıb.

“Football-plus.az” xəbər verir ki, “Barselona”nın azarkeşləri “El Klasiko”da “Real”ın braziliyalı futbolçusunu təhqir ediblər. Vinisiusu “meymun” adlandıraraq banana bənzəyən əşyanı oyunçuya tərəf atıblar. Matçın 90+5-ci dəqiqəsində əvəzlənən Vinisius meydanı tərk edərkən yerli azarkeşləri istehza ilə alqışlayıb. Baş məşqçi Karlo Ançelotti futbolçunun əlindən tutaraq onu ehtiyat oyunçular skamyasına tərəf aparıb.