Qodin futbola döndü

20.02.2024 23:56 174
Dünya futbolu
Dieqo Qodin karyerasını bərpa edib.

"Football-plus.az" xəbər verir ki, Uruqvay millisinin sabiq üzvü "Paranqos"la müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, 38 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində "Serro", "Nasional", "Vilyarreal", "Atletiko", "İnter", "Kalyari", "Atletiko Mineyro" və "Veles" kimi komandaların da formasını geyinib.