"Football-plus.az" xəbər verir ki, o, peşəkar futbolçu həyatını 37 yaşında başa vurub.
Qodinin komandası “Veles Sarsfild” Argentina çempionatında mövsümün sonuncu oyununda “Atletiko Urakan”a 0:1 hesabıyla uduzub. Final fitindən sonra meydanı tərk edən müdafiəçi göz yaşlarını saxlaya bilməyib. Karyerası ərzində “Serro” (2003-06), “Nasyonal” (2006-07), “Vilyarreal” (2007-10), “Atletiko” (2010-19), “İnter” (2019-20) və “Kalyari”də (2020-21) oynayan Dieqo “Veles Sarsfild”ə 2022-ci ildə gəlmişdi. 2005-22-ci illərdə Uruqvay yığmasında 161 oyun keçirib 8 qol vuran futbolçu son matçından sonra keçirdiyi hissləri jurnalistlərə belə açıqlayıb:
“Bunlar uğurlar və uğursuzluqlar ilə dolu karyeranın sevinc göz yaşlarıdı. Uğurlardan çox məğlubiyyətlər oldu, lakin itkilər də çox idi.
Komanda yoldaşlarım, klublarım və sevdiklərim üçün həmişə hər şeyimi vermişəm. Həmişə azarkeşlərə və rəqiblərə hörmətlə yanaşmışam. İndi mənə bura gəlməyə kömək edən ailəm haqqında düşünürəm. Bu, sizi təəccübləndirə bilər, amma mən bir müddətdi ki, futbolu tərk etməyi düşünürəm. İndi mənim başqa prioritetlərim var. Ailəm Uruqvayda yaşayır, bu yaxınlarda ata oldum. Oyunumla yaxşı təəssürat buraxaraq dincəlmək və başqa şeylərdən həzz almaq istəyirəm”.