• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hər dəfə görürsən, təəccüblənirsən"

Premyer-liqa / Manşet

18-02-2024, 22:0

Misli premyer-liqasının 23-cü turunda "Neftçi" "Zirə"ni məğlub edib - 1:0.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Oyuna çox yaxşı başlamışdıq. Üstünlük bizdə idi. Top itkisi baş verdi və rəqib də bundan istifadə edib, qolunu vurdu. Ondan sonra çoxsaylı hücumlarımız oldu, qollar vurduq. Heç biri qeydə alınmadı. Hücumlara davam etdik, bəzi dəqiqələrdə üstünlük rəqibə keçirdi. Ümumilikdə götürsək, futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdı. Hamısını bağrıma basıram. Bu şəkildə də davam etməliyik. İstər rəqiblərlə, istərsə də, başqa hallarla sonuna qədər mübarizə aparmalıyıq. Möhkəm kollektivimiz var, onu bu gün meydanda gördüm. Sona qədər mübarizə aparacağıq. Allah qoysa, istədiyimiz nəticələrlə mövsümü başa vurarıq".

- Oyunun nəticəsi ədalətli idi?
- Yox, ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik... Bu mövsüm "Neftçi" ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq. 6-7 qol vurmuşuq, amma bu ərəfələrdə, qeydə alınmayıb.

- VAR-ın ləğv etdiyi qol epizodunuza baxdınız?
- Birincisi, mənə görə foul yoxdu. Çünki topa oynayan Qismət Alıyevdi. O, topa oynayır və rəqib ayağını qoyur Qismətin ayağının altına. Bəs, Qismət ayağını hara qoymalıdır, uçmalıdı? Kilan Lebon öz ayağını onun ayağının altına qoydu. Əsas sualım odur ki, bu qol bizim qapıya vurulsaydı, VAR-dakı Rəşad Əhmədov əsas hakimi çağıracaqdı, ya yox? Başqa sualım yoxdu. "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov... Korner vəziyyətindən qol vurduq, o qol bizim qapımıza olsaydı, qeydə alınacaqdı. Bizdə kompüter sistemi o səviyyədə deyil ki. Əllə çəkirlər. Bir az qabağa, bir az geriyə çəkirsən... Vəssalam, iş bitir. VAR-a çağırırsansa, baş hakimin beynini çalxalandırırsan.

- Sizə elə gəlmirki Rəhim Sadıqovun oyununda eniş var?
- Əslində, son turlarda yaxşı performans göstərirdi. Bu gün də biz onu əsas heyətdə düşünürdük. Çox yorğun idi deyə, əsas heyətdə oynamadı. Salifu Suma üç gün idi ki, hərarəti var idi. Dünən də komanda ilə məşq etməmişdi. Hücum xəttindəki itkilərimiz davam edir. Bilmirsən, səbəbi nədir. Başımıza gəlməyən hadisə qalmayıb. Komandanın oyunundan narazı deyiləm. Bəlkə, "Turan Tovuz"la səfər görüşünü zəif keçirdik. Lakin digər matçlarda qələbəyə yaxın olmuşuq. Epizodlar girməyib, qollar sayılmayıb. 10 turda o qədər hadisələr baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm. Bu günkü oyunla futbolçularımı necə tənqid edim?

- Ruan Renatonun yoxluğu özünü göstərdi?
- Təbii ki, özünü hiss etdirirdi. Amma Stefan Aka və Dimitros Çantakias da yaxşı oynadı. Abbas İbrahim səhvə yol verdi. Buna rəğmən müdafiəçilərimiz ayıq olmalıydılar. Çünki oyunumuz yaxşı gedirdi. Hər şey əla idi, psixoloji üstünlük bizdə idi. Belə məqamlarda bu cür qollar buraxmaq çox məyusedicidi. Rəqib cərimə meydançamıza girəndə qol olur, biz bunu edəndə, gah qapıçının başına, gah sinəsinə dəyir, gah da top dirəyə tuş gəlir. Bilmirəm. Qol vururuq, sayılmır.

- 10 oyunluq qələbəsizlik sindromunun səbəbini nədə görürsüz? Hakimlərin qərəzli mövqeyi, yoxsa məhsuldarlıqda problem var? 
- Hücum xəttinin məhsuldarlığı aşağıdı. Orxan Əliyev, Aleksandr Ramalinqom təkbaşına bizim hücumdakı oyunçuların hamısından çox qol vurubsa, aydın məsələdir ki, məhsuldarlığımız aşağıdı. 22-23 tur ərzində qol vurmayan, məhsuldar ötürmə etməyən hücumameyilli oyunçularımız var. Son fazada çox yalnış qərarlar veririk. Əsas problemimiz də odu. Tələsirik, sağa ötürmə vermək lazımdır, sola veririk. Hakimlərin səhvi də elə bir tərəf üçündü. 

- Rza Cəfərovun oyununu necə dəyərləndirərdiniz?
- Rza gənc qapıçıdı, son turlarda çox inamlı çıxış edir. Keçən il burada 0:1 uduzanda Rzanın yaxşı seyvləri var idi. Bəlkə də, Rza ən uğurlu oyunlarını "Zirə"yə qarşı keçirir. Ancaq tək o da deyil. Məsələn, Kristof Atanqana bizimlə görüşdə iki dəfə barmağının ucu ilə seyv etdi. Hər dəfə görürsən, təəccüblənirsən. İki qol vurduq, saymadılar, gələn dəfə çox vuracacağıq ki, heç olmasa birini saysınlar.

- Bunlar hamısı hakimlərin Rəşad Sadıqova qarşı qərəzidi? Bir-iki dəfə narazılıq edəndə, bu, əks-təsir göstərir?
- Niyə? O biri məşqçilər məndən çox etiraz edirlər, onlarda niyə əks təsir göstərmir? Başqa klublar da aqressiv danışır, video paylaşırlar. "Qarabağ"la oyundan qabaq Rəşad Əhmədov VAR-da olub. 9 oyundan 6-da Rəşad Əhmədov bizim oyunda idi. Ya VAR-da, ya AVAR-da, ya da baş hakim olub. Rauf Cabbarov gedir, Rəşad Əhmədov gəlir, ya da əksinə. Bu ikisindən heç cürə qurtula bilmirəm də. Ya mənim oyunlarımdadılar, ya da rəqiblərimin. Ordakı bəzi qərarları görüb, başımızı tuturuq. Səbəb? Bilmirəm, Allah bilər. Axirətdə hamısını biləcəyik, kim nəyə görə və niyə edirdi. Belə də düşüncəli insanlar müəyyən təhlillər aparıb, tuta bilirlər məsələni. Bizə qalan simamızı itirməyib, işimizi görüb, mövsümün sonuna qədər komandanı çatdırıb, ondan sonra vəziyyətə baxmaqdı.

- Heç fikirləşirsiz ki, hakimləri ictimai şəkildə tənqid edəsiz? Xüsusi olaraq, hansısa proqramlara çıxasız...
- Verilişdi də, oturmuşuq burda 15-20 dəqiqədi söhbət edirik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

22-05-2023, 20:0

"Futbolçularım oyunun öhdəsindən pis gəlmədi"

Premyer-liqa / Manşet

10-12-2023, 20:0

“Belə davam etməliyik”

Yığma / Manşet

13-10-2023, 22:0

"Güclü rəqibə qarşı mübarizə apardıq"

Premyer-liqa / Manşet

20-08-2023, 22:0

"Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdı"

Premyer-liqa / Manşet

13-02-2024, 23:0

"Qələbəyə layiq deyildik"

Premyer-liqa / Manşet

23-12-2022, 20:0

“Sabah”ın məşqçisi: “Oyunda istədiyimiz hər şeyi etdik”

Aktual
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
Son xəbərlər
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:38
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 234
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə