“Bavariya”nın müdafiəçisi Dayo Upamekano bud nahiyəsindən zədə alıb.
"Football-plus.az"ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel məlumat verib.
O, fransalı oyunçunun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.
Qeyd edək ki, Upamekano bu mövsüm bundesliqada meydana çıxdığı 26 oyunda 2 məhsuldar ötürmə edib.