“Qarabağ”ın o qrupa düşməklə bəxti gətirmişdi” - oyuna 11 saat qaldı!

15.02.2024 13:00 358
Manşet / Avropa Liqası
Rusiyanın məşhur “Futbol na Kuliçkax” portalı qitədəki önəmli oyunlar ərəfəsində komandaların şanlarını qiymətləndirir, futbol qumarı ilə məşğul olanlara yol göstərir.

“Football-plus.az” xəbər verir ki, bu dəfə portalın diqqət mərkəzinə “Braqa” – “Qarabağ” oyunu düşüb. Yazıda yer alan ən maraqlı məqamlar:

- komandalar əvvəllər qarşılaşmayıb;
- “Braqa” son üç oyunun birində qələbə qazanıb;
- “Braqa” ötən il dekabrın 17-dən bəri evdə uduzmur;
- “Braqa”nın son 5 oyunundan dördü “alt” gəlib;
- “Qarabağ” son iki oyunda 6 qol vurub, 7-ni buraxıb;
- “Qarabağ”ın son 6 oyunu “üst” gəlib.


Proqnoz: birincisi “Qarabağ”ın o qrupa düşməklə bəxti gətirmişdi, Azərbaycan komandasının real səviyyəsini isə “Bayer”lə duellərdə qiymətləndirmək olardı ki, onda “atlılar”, demək olar, heç nə göstərmədilər. Portuqaliyada da heç nə göstərməyəcəkləri ehtimalı böyükdü.

“Football-plus.az” bunu əlavə etməyi özünə borc bilir: çox güman, rus həmkarımız yalnız Leverkuzendəki oyuna baxıb, doğrudan da, “Qarabağ” həmin oyunda darmadağın oldu. Ancaq almanların 90+4-cü dəqiqədə penalti qolu ilə qələbə qazandıqları Bakıdakı oyun haqda “heç nə göstərmədilər” demək ən azı insafsızlıqdı. Yəqin həmkarımız həmin oyuna baxmayıb. Baxsaydı, belə yazmazdı!

ORXAN