Premyer-liqanın “Lids” ilə oyunu Məhəmməd Salah üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, o, “Liverpul”un səfərdə 6:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib. Misirli hücumçu premyer-liqada sol ayağı ilə vurduğu qollarının sayını 107-yə çatdırıb. Salah “Liverpul”un və “Mançester Siti”nin sabiq oyunçusu Robbi Fauleri (105) arxada qoyaraq liqanın yeni rekordçu olub.