İnqilab Məmmədova beynəlxalq təyinat

12.02.2024 13:24 179
Dünya futbolu
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Məmmədov FİFA tərəfindən keçiriləcək “FİFA Beach SoccerWorld Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək. Turnir fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.