İnqilab Məmmədov final görüşünü idarə edəcək

6.11.2022 16:30 370
Ölkə futbolu / Dünya futbolu / Manşet
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirinin bu gün final oyunu keçiriləcək.

Bakı vaxtı ilə saat 20.00-da başlayacaq final qarşılaşmasında Braziliya və İran komandaları qarşılaşacaq. Görüşün baş hakimi Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov olacaq.